23 iyun 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Heydər Əliyev: “Məni Azərbaycan xalqı heç vaxt satmadı...”
Heydər Əliyev: “Məni Azərbaycan xalqı heç vaxt satmadı...”
12.05.2018, 11:37

 

Bizim gəncliyimiz Cümhuriyyətimizlə birlikdə doğuldu. Bizim nəsil jurnalistlər ölkədə söz, din, əqidə və ruh, əməl azadlığının mübarizəsinə qalxdıq.  Mübarizəmizi bütün inqilabçılar, azadlıq istəyənlər kimi qəzetlə - “168 saat” qəzeti ilə edirdik. Çünki bütün inqilabların, azadlıqların yolu qəzetlə başlayır.

 

O qəzetdə Varis Yolçuyev var idi, o qəzetdə Faiq Hüsiyev var idi, o qəzetdə Dilarə Quliyeva, Seymur Şahbazzadə var idi...

 

Çox çətin zaman idi.  Hakimiyyətə yeni “hakimiyyətquranlar” gəlmişdilər.  Bizim gənc qəzetimiz isə qaynar qazan idi. Gənclik şəhəri Sumqayıtın  mərkəzində qaynasa da, gurhaguru bütün Azərbaycana, Azərbaycanın hüdüdlarına gedirdi.

O qəzetdə məni hər kəs “Heydərçi” kimi tanıyırdı. Yazılarımda və mülahizələrimdə ölkədə baş verən hakimiyyətsizliyin  hansı yolla aradan qaldırılması məsələlərində münasibətim belə olurdu: “Bu xalqı darmadağın olmaqdan, bu Vətəni parçalanmaqdan ancaq Heydər Əliyev qurtara bilər”.

 

Bu gün 95 yaşını qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin haqqında yazı yazmaq istəyim, 1991-1994-cü ildə yazdığım gündəliyimi vərəqləyərkən daha da alovlandı. Daha doğrusu nədən və necə yazacağımı müəyyən etdim.
Heydər Əliyevə həsr etdiyim yazıdakı fikirlərimin əksəriyyəti indi də gündəliyimdədir.

 

Heydər Əliyev böyükdür, şəxsiyyətdir. Şəxsiyyətlər haqqında hər adam yaza bilməz.  Sağlığında bizi onun həndəvərinə buraxmayanlardan əvvəl də, sonra da bizim qəzetimiz “168 saat” hər vaxt Heydər Əliyevi təbliğ etdi. Və bu təbliğata görə, son anda Sumqayıt Şəhərinin Komsomol Komitəsi qəzetimizi bağladı. Rəhmətlik atam dedi ki, sizin qəzetiniz bir göyərçin yuvası idi. O yuvanı dağıdanlar cəzasız qalmayacaqlar Tanrının altında.

 

1993-cü ilin fevral ayının 20-də  Mingəçevirə toya getmişdik.  Yanımda oturan qadını mənə göstərib dedilər ki, bu qadın öncəgörəndir. 

 

Məni maraq bürüdü. Fikirləşə bilərsiniz ki, yəqin öz taleyimə fal açdıracaqdım.  Toydan sonra getdim həmin Nərgiz xalanın evinə, dedim ki, Vətənimizin taleyinə  fal aça bilərsənmi? Nərgiz xala da kartlarını stolun üstünə düzüb dedi ki, iki nəfər namizəd var. Ancaq Heydər Əliyevi lap yaxın görürəm. İyul ayının ortalarına qədər hakimiyyət dəyişikliyi olacaq.

Mən geri qayıtdıqdan sonra, Nərgiz xalanın dediklərini 1993-cü il mart ayının 6-da yazıb qəzetdə çap etdirdim. Yenə qəzetimizə hücum başladı. 

...Heydər Əliyev Naxçıvandadır. Naxçıvan da blokadada. Oraya getməyə yol axtarıram. Redaktorumuz Varis mənim təhlükəsizliyim baxımından getməyimə icazə vermir. Bir də eşidirk ki, Vüqar adlı bir müxbirimiz artıq gedib Heydər Əliyevlə görüşüb-gəlib.  Sumqayıta çatan kimi, həmin müsahibəni senzuradan keçirib adını məqaləyə dəxli olmayan bir  başlıqla gecə ilə qəzetə yerləşdiririk. Səhər qəzet çapdan çıxanda Sumqayıt Şəhər Partiya Komitəsi, cəbhəçilər və Komsomol Komitəsi başımızın üstünü kəsir. Bu bizi qorxutmur. Məni üzən bircə o olur ki, yazı çox səliqəsiz yazılıb, gecə  növbətçisi də, korrektor da xeyli səhv buraxıblar. Bəlkə də tələsik olduğundan belə alınıb. Məqsəd odur ki, təki Heydər Əliyevdən alınan müsahibə işıq üzü görsün.

 

Azərbaycanda hərc-mərclik, silahlı qarşıdurmalar baş alıb gedir. Bu hadisələrin fonunda bizim də mövcud AXC hakimiyyətinin yarıtmazlığından yazdığımız yazılar, tənqid etdiyimiz o adamlar ucbatından, Heydər Əliyevi təbliğ etdiyimiz üçün qəzetimizi bağlayıblar və hətta, bu azmış kimi özümüz yaratdığımız “övladımızı” əlimizdən alıb, başqasına, bir qocaman jurnalistə veriblər... O indi gənclərə guya yol göstərəcəkdi...

 

Biz isə məhkəmələrdə, çəkişmələrdə... belə ağır günlərimizdə bizə yiyə duran , arxa duran “Ədalət” qəzetinin redaktoru Aqil Abbas və “7 gün qəzeti”nin baş redaktoru Emin Eminbəyli oldu.

 

Artıq Heydər Əliyev də hakimiyyətə gəlib. İndi nə ondan müsahibə alan Vüqarı, nə də bizi onun həndəvərinə buraxırlar. Onun ətrafında ona xəyanət edənlər başqa dona girib, yenidən özlərini ona doğma kimi göstərirlər və bu oyunları da keçir...

 

Və əfsuslar olsun ki, Cümhuriyyət gəncləri olan biz aydınlar, Heydər Əliyev hakimiyyətə gələn ərəfədə, onun ətrafına yığılanları ifşa etmək üçün əlimizdə sərbəst “168 saat” qəzeti olmadı. Yoxsa ki, həmin vaxtda  hakimiyyətə gəlməyinə sevindiyimiz, canımızı qurban dediyimiz liderimizin yanında özlərinə yuva quranları  vaxtındaca ifşa edəcəkdik. Bu, o adamlar idilər ki,  Azərbaycanın dövlət müstəqilliyi aktına da qol çəkməmişdilər. Onların şərəfi  ancaq vəzifə və  yumşaq kreslolar ola bilərdi. Heydər Əliyev kimi şərəflə yaşamaq, kimsənin qarşısında əyilməmək, hamının yanında üzüağ, alnıaçıq olmaq tək-tək kişilərin işidir. Yəni o prezident olmasaydı da, lider olmasaydı da bu onun xarakteri idi.

Elə həmin vaxtlarda-Naxçıvana, doğulduğu yurda sığınanda da tanınmış telejurnalistimiz, ustad jurnalistimiiz Nadejda İsmayılova böyüklüyünü dərk etdiyi Heydər Əliyevin yanına gedərək, Naxçıvanda Ali Sovetin soyuq  və isinməyən binasında, Heydər Əliyevin lampa işığında işlədiyi kabinetində müsahibə almışdı. Müsahibəni isə dövlət televiziyasında efirə verməmişdilər. İllər sonra həmin müsahibəni Nadejda xanım yenə üzə çıxardı. Həmin müsahibəni izləyəndə yaddaşımda belə bir dialoq həkk olundu. Nadejda İsmayılova Heydər Əliyevdən soruşur: “Sizə işinizdə, komandanızda, siyasətdə çoxmu xəyanət etdilər?”. Heydər Əliyev xarizmasını, tövrünü pozmadan sualı belə cavablandırır:

 

- Bu  sual çox maraqlıdır və siyasi aləmdə  dəyişikliklər baş verən bir zamanda bugünkü həyatımızla çox uzlaşır. Mənim bu suala münasibətim belədir: Bəli, əfsuslar olsun ki, olub.  Bilirsiniz ki, uzun zaman Azərbaycan Respublikasına rəhbərlik etmişəm. Sonra mən Moskvada ən yüksək rəhbər vəzifədə işlədim. Ardınca bir çox səbəblərə görə istefaya getdim.Və bu yüksək kürsülərdən öz həyatımın müxtəlif dönəmlərində həmin insanları müşahidə edə bildim. Mən Moskvadan Bakıya qayıtdım.  Naxçıvana gəlməzdən əvvəl, şəhərin bazarlarında, küçələrində gəzib xalqla görüşdüm. İnsanlarımızla ünsiyyətdə oldum. Onda da mənimlə əvvəllər işləyənlərin heç birisi yaxınıma gəlmədi...  Onların içərisində satqınlar da oldu və bu ən ağırlı bir hissdir. İnsan işləyəndə yüksək mənsəb sahibi tutanda hamıya  inanan olur. Mən xarakter etibarı ilə çox inanan adamam. Və mənimlə işləyən adamlara, ətrafımda və yaxınlığımda işləyənlərə həmişə inanmışam. Fikirləşməmişəm ki, onlar məni nə vaxtsa  satarlar, xəyanət edərlər, ikiüzlü ola bilərlər, lakin məni Azərbaycan xalqı heç vaxt satmadı. Məni satanlar xalqın ümumi panoramının içərisində heç nəyə dəyməzlər”.

 

Padşahları, kralları, prezidentləri də Tanrı seçir. Bu həmin seçilmişin alın yazısı, Tanrı tərəfindən  taleyinə yazılan missiyasıdır. Heydər Əliyev yenidən Azərbaycanın hakimiyyətinə qayıtdı. Bu Vətəni, Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas elədi. Onu XALQ seçmişdi, onu Tanrı bu xalqa xilaskar göndərmişdi.  Adı çəkiləndə səsi titrəyən, gözlərinin yaşını axıtdığı Vətəninin başının üstündən dumanları-buludları qovaladı... 

İllər ötəndən sonra, biz də  haqqımızı  geri qaytardıq. Ədalər zəfər çaldı. Varis yenə də “168 saat” qəzetini-övladımızı yad əllərdən geri ala bildi. Son nəfəsdə olan qəzetimizə yenidən can verdik. Ümumilli lider Heydər Əliyevin hakimiyyəti illərində bəhrələndiyimiz söz azadlığı, fikir azadlığı olan bir cəmiyyətdə qəzetimizi 40 min tirajla da yayımladıq.

 

Və bu gün Heydər  Əliyevin  jurnalistlərə, qəzetlərə münasibəti haqqında daha bir məqamı  xatırlamaq istəyirəm.

“168 saat” qəzeti bağlanandan bir neçə il sonra, 1996-cı ildən etibarən  yaşadığımız dövrün ən oxunaqlı və məşhur qəzeti olan “Panorama” qəzetində xüsusi müxbir kimi çalışdığım vaxtlar idi.  Bir neçə dəfə yazılarım gedəndən sonra, qəzetin təsisçisi  Eldar Namazov  redaktor Araz Zeynalova telefon açıb, yazılarımın davamını istəmişdi, demişdi ki, cənab prezident Heydər Əliyev Aida Eyvazlının yazılarının davamını gözləyir...

 

Və mən, hətta prezidentimizi də maraqlandıran yazıların ardını yazmaq, cəmiyyətimizdə mövcud olan sosial problemləri araşdırmaq istəyirdim. Bilirdim ki, yazdıqlarımı həm də Azərbaycan prezidenti Heydər Əliyev oxuyur.

 

Bizə Heydər Əliyevdən çox dərslər qaldı. Öyrənmək istəyən üçün onun hər günü, hər sözü, hər cavabı bir məktəbdir. Heydər Əliyevi  xatırlayanda bu sözləri deyirəm: “Ondan bir də olmayacaq!”.


Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 
23.06.2018, 10:14

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu 

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23.06.2018, 09:47

Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər
23.06.2018, 09:39

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz etdilər

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək
23.06.2018, 09:27

“Bu günün məktəblisi, sabahın əsgəri” adlı  rəsm müsabiqəsi yekunlaşdı – Qaliblər əsgərlərlə görüşəcək

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”
23.06.2018, 09:16

Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı oldu
23.06.2018, 08:58

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı oldu

Helsinkidə sərnişin təyyarəsi təcili eniş etdi
23.06.2018, 08:57

Helsinkidə sərnişin təyyarəsi təcili eniş etdi

Bakıda taksi piyadanı vurdu
23.06.2018, 00:59

Bakıda taksi piyadanı vurdu

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR
23.06.2018, 00:44

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi
23.06.2018, 00:24

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı
23.06.2018, 00:12

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi
22.06.2018, 23:57

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi

Sərkisyanın mühafizə rəisi həbs edildi
22.06.2018, 23:42

Sərkisyanın mühafizə rəisi həbs edildi

Kombayn taxıl sahəsində yandı
22.06.2018, 23:27

Kombayn taxıl sahəsində yandı

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu
22.06.2018, 23:11

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu

Çağırışa gec gələn həkimi döydülər-Video
22.06.2018, 22:56

Çağırışa gec gələn həkimi döydülər-Video

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı
22.06.2018, 22:41

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb
22.06.2018, 22:29

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi
22.06.2018, 22:13

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı
22.06.2018, 21:41

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO
22.06.2018, 21:29

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO

Muharrem İnce bu şəxsləri həbs edəcək
22.06.2018, 21:16

Muharrem İnce bu şəxsləri həbs edəcək

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO
22.06.2018, 21:02

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi
22.06.2018, 20:45

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb
22.06.2018, 20:31

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22.06.2018, 20:12

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Şirvan sakini qətlə yetirildi
22.06.2018, 20:04

Şirvan sakini qətlə yetirildi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
22.06.2018, 20:00

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dolların sabaha olan məzənnəsi
22.06.2018, 19:55

Dolların sabaha olan məzənnəsi

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı
22.06.2018, 19:51

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı

Əli Həsənov:
22.06.2018, 19:41

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22.06.2018, 19:32

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi
22.06.2018, 19:21

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"   
22.06.2018, 19:09

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"  

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"
22.06.2018, 19:01

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.1%)
Braziliya(23.4%)
Almaniya(10.3%)
İngiltərə(2.73%)
Portuqaliya(12.5%)
İspaniya(5.46%)
Fransa(4.37%)
Belçika(2.18%)
Seneqal(3.82%)
Rusiya(21.8%)