Modern.az

Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlandı

Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlandı

12 May 2018, 12:32

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı