Modern.az

\"Avroviziya-2018\"in qalibi məlum oldu - İSRAİL

\

12 May 2018, 23:48

 

Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

 

Modern.az-ın məlumatına görə, "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta Barzilay olub.

Qeyd edək ki, "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin finalında 26 ölkə iştirak edib (Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya, Serbiiya, Moldova, Macarıstan, Ukrayna, İsveçrə, Danimarka, Avstraliya, Norveç, Sloveniya, Niderland, Portuqaliya, İtaliya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa).


***

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda "Avroviziya-2018" mahnı müsabiqəsinin final mərhələsi start götürüb.

 

Modern.az  xəbər verir ki, mübarizə 26 ölkə təmsilçisi arasında keçirilir.

 

Həmin ölkələr Ukrayna, İspaniya, Sloveniya, Litva, Avstriya, Estoniya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, Serbiya, Almaniya, Albaniya, Fransa, Çexiya, Danimarka, Avstraliya, Finlandiya, Bolqarıstan, Moldova, İsveç, Macarıstan, İsrail, Niderland, İrlandiya, Kipr və İtaliyadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı