Modern.az

Yaxın üç günün hava proqnozu

Yaxın üç günün hava proqnozu

1 Dekabr 2009, 16:43

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 8-13 m/s təşkil edəcək, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti təşkil edəcək.
Dekabrın 3-də, hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 9-14 m/s olacaq, gecə və səhər arabir 16-18 m/s-dək güclənəcək, günün ikinci yarısında cənub-qərb küləyi sürəti 8-13 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.
Dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, gecə və axşam saatlarında bəzi şərq rayonlarında yağıntıların intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti təşkil edəcək.
Dekabrın 4-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, yağıntıların bəzi şərq rayonlarında intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Dekabrın 3-də gündüz qərb rayonlarında yağıntıların tədricən kəsiləcəyi, 4-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, 03-də gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamentinin xəbərdarlıq edir ki, dekabrın 4-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, yağıntıların əsasən şərq rayonlarında intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Temperaturlar ötən günlərə nisbətən tədricən 3-5° aşağı enəcək. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?