Modern.az

Rəqabət Məcəlləsi üzərində iş gedir  

Rəqabət Məcəlləsi üzərində iş gedir   

İqtisadiyyat

14 May 2018, 15:34

“Strateji Yol Xəritəsində də Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulub. Düzdür, orada yazılıb ki, 2017-2021-ci illər. Biz dəfələrlə Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi ilə bağlı məsələ qaldırmışıq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.


Deputatda olan məlumata görə, hazırda Prezident Administrasiyasında Rəqabət Məcəlləsinin üzərində iş gedir.



“Ancaq hələ ki bu Məcəllə Milli Məclisə gəlib çıxmayıb. Məcəllənin qəbul edilməsi çox vacibdir. Çünki bazarda müəyyən problemlər var ki, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra aradan qalxar, sahibkarların vəziyyəti müəyyən qədər yaxşılaşar. Həmçinin, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Məcəllə qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

 
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır