Modern.az

Xankəndindən olan azərbaycanlı məktəbli Xankəndidə yaşayan erməni həmyaşıdına məktub yazdı

Xankəndindən olan azərbaycanlı məktəbli Xankəndidə yaşayan erməni həmyaşıdına məktub yazdı

23 Avqust 2011, 13:53


Xankəndindən olan Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərindən olan 13 yaşlı Nazim Vəlixanov həmyaşıdı və həmyerlisi, 13 yaşlı erməni qızı Adelina Avaqimyana məktub yazıb. Modern.az saytının məlumatına görə, hazırda Bakıda məskunlaşan, 15 saylı orta məktəbdə təhsil alan Nazim Vəlixanov məktub vasitəsilə Adelina Avaqimyana bəzi məsləhətlər verib.
N.Vəlixanov məktubun surətini Modern.az saytına da göndərib. 13 yaşlı azərbaycanlı Nazim Vəlixanovun 13 yaşlı erməni qızı Adelina Avaqimyana yazdığı məktubu olduğu kimi dərc edirik:

Salam Adelina!

Mənim də 13 yaşım var. Mən əslən Xankəndindənəm. Lakin ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz evimizdən qaçmalı olmuşuq. Bir anlıq təsəvvür edə bilərsənmi, sizin evinizi əlinizdən alıblar, qalmısınız küçələrdə. İndi biz köçkün olmasaydıq, sizinlə başqa məsələlərdən danışardıq.

Əslində sənin bizim Prezidentə yazdığın məktubu biz Ermənistan prezidentinə yazmalıydıq. Çünki bizim torpaqlar işğal altındadır. Amma görünür kimsə səni öyrədib ki, belə məktub yazasan. Bir də biz Ermənistanın hazırkı prezidentinə nə məktub yazaq. Axı bizim torpaqlarımızın işğalına o rəhbərlik edib. Bizim yaşıdlarımızın qanına qəltan olunmasına o baiskardır. O qaniçəndən nə gözləmək olar. Bizim Prezident isə belə məsələlərdən uzaqdır. Buna sən də əminsən. Yoxsa ona müraciət etməzdin.

Adelina, bir müddət öncə ermənilər oyuncaqda bomba yerləşdirərək onu axar çay vasitəsilə ilə bizim Tovuz rayonuna axıtdılar. Elə sənin və mənim tovuzlu həmyaşıdımız Aygün Şahmalıyeva bilməyərəkdən həmin oyuncaqla oynamaq istəyəndə, bomba partladı və o, həlak oldu…

Sən Bakıya gəlməkdən qorxduğunu deyirsən. Amma qorxma. Bizdə uşaqlara, qadınlara, qocalara toxunmurlar. Heç dinc əhaliyə də toxunmurlar. Xahiş edirəm bunu digər həmyaşıdlarına çardırasan.

Adelina, Xankəndinin Stepanakert olduğunu yazırsan. Axı o yerlərin tarixi Stepan Şaumyanın yaşından milyon il qabaga gedir. Bəs o zaman oranın adı nə olub...? Ola bilər sən bunu bilmirsən, elə isə babandan, nənəndən soruş, gör onlar bu yerlərə niyə Xankəndi deyirdilər. Çünki bu torpaqlar həmişə azərbaycanlıların olub. Bu yerin adı Xankəndi olub.

Sənə məktub yazmaqda məqsədim bilirsənmi, nədir..? Biz həmyaşıdıq. Biz siəninlə başqa məsələləri müzakirə etməliyik. Ancaq sizin ermənilərin təqsiri ucbatından biz müharibədən danışmalı oluruq. Bu, bizə coxmu lazımdır…
Xeyir, bizə dinc, yanaşı yaşamaq lazımdır. Bizə torpaqlarımız lazımdır. Bizə öz evimizə qayıtmaq lazımdır. Uşaqlar dost olmalıdırlar. Bilirəm ki, çox yaxın zamanlarda biz öz evimizə qayıdacağıq. Bəlkə səninlə də dost olacağıq. Böyükləriniz istəməsə belə, sən buna hazır ol!.

Biz müharibə istəmirik. Biz sizə də bunu arzulayırıq. Elə valideynlərinizdən də bunu istəyin. Onlar sizi niyə qorxu içində yaşadırlar..? Bunu onlardan təkidlə soruşun…

Xankəndində görüşənədək!

13 yaşlı Nazim Vəlixanov,
Xankəndi sakini

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir