Modern.az

Parisdəki “Azərbaycan evi” Cümhuriyyətin 100 illiyinə hazırlaşıb  

Parisdəki “Azərbaycan evi” Cümhuriyyətin 100 illiyinə hazırlaşıb   

Aktual

14 May 2018, 16:24

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Artıq  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə çox qısa zaman qalıb. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də geniş qeyd ediləcək.

Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Modern.az saytına açıqlamasında AXC-nin 100 illiyi ilə bağlı Fransada görüləcək işlərdən danışıb:


“Təbii ki, AXC-nin 100 illiyi ilə bağlı Fransanın müxtəlif şəhərlərində bir çox layihələr həyata keçirilir. Düzdür, bu yalnız may ayı ərəfəsində baş tutmayacaq, ilin sonuna qədər fərqli aylarda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. “Azərbaycan Evi” olaraq biz mayın sonu üçün  səfirliklə birlikdə Azərbaycan  Respublikasının 100 ilə bağlı tədbir həyata keçirməyi nəzərdə tuturuq. Həmçinin,  tətildən sonrakı aylarda da bir sıra tədbirlərin baş tutması gözlənilir”.


M.Fətəliyeva Azərbaycan Dostları Assosiasiyasının reallaşdıracağı tədbirdən də söz açıb:


“Həmçinin, baş katibi olduğum Azərbaycan Dostları Assosiasiyası 29 may tarixində Fransa Senatında AXC-nin yaranması, tarixi ilə bağlı konfrans həyata keçirəcək. Və əlbəttə, dediyim kimi, müxtəlif səpkili planlarımız var. Bunların demək olar ki, bir çox hissisi elə AXC-nin 100  ilə bağlıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI