Modern.az

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısına mənzil verildi

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısına mənzil verildi

14 May 2018, 22:30

"“Qaçqınkom” çağırdı. Dedi, tezliklə açarı da verəcəyik. Dedilər ki, Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində sizin üçün mənzil ayrılıb. Orderini də verəcəklər. Sadəcə, hələ evin tam hazır olmadığını bildirdilər”.

 

Bunu Modern.az saytına açıqlamasında mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva bildirib.

 

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısının Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsindəki mənzili yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva bir çox maddi və mənəvi problemlərlə üzləşib.

 

Evsiz qalan xanım bu gün nəhayət ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin onu mənzillə təmin etdiyini bildirib.

 

S.Əliyeva Facebook-da öz sevincini bu cür bölüşüb:

 

“Dostlar, tezliklə evin açarları veriləcək. Jurnalist dostlarımı da sevincli anlarımı bölüşməyə dəvət edəcəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir