23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Həqiqətə yarınaq! - Lənkəranlı jurnalist Hadi Rəcəblinin ailəsindən YAZDI
Həqiqətə yarınaq! - Lənkəranlı jurnalist Hadi Rəcəblinin ailəsindən YAZDI
15.05.2018, 09:43

Bu gün Sizə təqdim edəcəyimiz yazı üç ay bundan öncə Lənkəranın tanınmış jurnalisti İltifat Əhmədov tərəfindən saytımıza göndərilmişdi. Hörmətli Hadi müəllim bundan xəbər tutub bizdən yazının verilməməsini rica etmiş və öz növbəsində İltifat müəllimə razılığını bildirmişdi. Lakin 15 may “Beynəlxalq Ailə günü “ olduğundan bizim də yaxından tanıdığımız Rəcəblilər ailəsi göz önünə gəldi və düşündük ki, bu yazı məhz belə bir gün üçün daha aktualdır. Buyurun, örnək ailələrdən biri haqqında qələmə alınmış bu yazı ilə tanış olun.

 

Kiçik giriş

Cəmiyyətdə və siyasətdə fəal olmağa çalışmışam. Adamlarla ünsiyyət həyatımın mənasına çevrilib. Sovet dönəmində də, müstəqilliyimiz dövründə də  xalq arasında və KİV-lərdə gedən hadisələri və prosesləri həssaslıqla izləyirəm.

Nə edəsən ki, tarixin bütün zamanlarında, bütün ictimai-siyasi quruluşlarda haqsızlıq, ədalətsizlik, insafsızlıq, ailə dəyərlərinə hörmətsizlik, ağa qara demək və bu kimi xoşagəlməz hadisələr daim baş verib.

Aprelin 11-də keçirilən prezident seçkiləri ərəfəsində də Avropa məkanından mənəviyyatsız, qarayaxancı, düşmən, pula satılan kölə psixologiyası ilə guya siyasi mübarizə aparan mənfur düşüklərin sayt və Facebook səhifələrini çirkləndirən yazılarını da ikrah hissi ilə oxuyurdum. Hadisələrin gedişi göstərdi ki, biz ziyalılar, mətbuat işçiləri, siyasətçilər də belə üzdəniraq adamlara, mənfur satqınlara qarşı mütləq mübarizə aparmalı, öz fikrimizi susmayaraq bildirməliyik.

Məni hiddətləndirən və bu yazını yazmağa məcbur edən həm də gözümün önündə ucalan, seçicilərinin məhəbbətini qazanan, əlsiz-ayaqsızın yanında olan, əlillərin dostu, jurnalistlərin sevimlisi, Lənkəranda tanınmış iki nəslin nümayəndəsi, qayğıkeş və tələbkar ailə başçısının, uzun illərdir xalqın rəğbətini qazanmış bir dostumuza qarşı mövcud basqılar, nə qədər ikrah doğursa da, siyasi və sosial şəbəkələrin yarıtmaz oyunlarıdır.

 

Ailə müqəddəsdir

 

Özümə doğma bildiyim Hadi Rəcəbli Lənkəran kəndlərinin birində doğulub. Anası, el ağbirçəyi Firuzə Bəylərova zamanında bilik, xeyirxahlıq, qayğıkeş simvolu olub. Atası Musa kişi dilsiz-ağızsız, dedikcə mədəni, zəhmətkeş  bir mühasib olub, Lənkəran mətbəəsində çalışıb. Bu böyük ailə mərhəmət, təvazökarlıq, təmənnasızlıq, sadəlik, qəlbə dəyməmək, qayğıkeşlik nümunəsi oldu. Rəcəblilər ailəsi onları tanıyanlar üçün nümunə və örnəkdir. Görkəmli ictimai-siyasi xadim H.Rəcəbli həm də nümunəvi, qayğıkeş, mehriban ailə başçısı, nəvələrinin istəkli, sevimli babasıdır. Dörd övladı, 9 nəvəsi var. Həyat yoldaşı respublikanın Əməkdar müəllimidir. İki qızı, 2 oğlu, 4 nəvəsi ali təhsillidir. Övladlarından ikisi fəlsəfə doktorudur. Bu ailənin üzvləri, nəslin davamçıları fəal həyat mövqeləri ilə seçilir, cəmiyyətə faydalı vətəndaşlar kimi xidmət edirlər.

Hadi müəllim fəhləlikdən yüksəlib. Zəhmət onun həyat mənası olub. Ulu Öndərimiz Heydər Əliyev hələ ötən əsrin 71-ci ilinin əvvəllərində onu tapıb, seçib, komsomol lideri kimi diqqətdə saxlayıb, onun addım-addım ucalmasına səbəb olub. Yaxşı yadımdadır, rayon gənclərinin lideri olarkən, o vaxt Lənkəranda çıxan “Leninçi” (indiki “Lənkəran”) qəzetində yazıları çap olunub, rubrikalar aparıb, cavanlarımızı zəhmətsevərliyə çağırıb.


Ot kökü üstə bitər

Lənkəranda Rəcəblilər və Bəylərovlar nəsli elmə maraq, halallıq, düzlük, dinə-imana bağlılıq və uğurlara can atmaqla seçilib və hamımıza nümunə olub. Hadi müəllim fərqlənmə diplomu ilə həm Moskva Yeyinti Sənayesi İnstitutunu, həm də Ali Partiya Məktəbini bitirib. 78-80-ci illərdə hamının ehtiyat etdiyi Mərkəzi Komitənin orqanı olan “Bakinski raboçi” qəzetinin bölgə müxbiri olub, daim bizimlə əməkdaşlıq edib. O dövrlər jurnalistikasının tələbi kimi onun həyat meyarı obyektivlik, ədalətlilik, tərəfsizlik olub.Jurnalist kimi sevilib, qəbul olunub, adı hörmətlə çəkilib. Azərbaycan dövlətçiliyi tarixində bəlkə yeganə haldır ki, ulu öndər 80-ci illərdə Hadi müəllimi-jurnalisti Lənkəran kimi şəhərə rəhbər məsləhət bilmişdi.

O burada da, bu yüksək vəzifə postunda da bizimlə oldu, qəzetimizdə yeni rubrika açdı. “Evimiz, küçəmiz, şəhərimiz” bizim kimi gənc jurnalistlərin və oxucuların sevimli səhifəsinə çevrildi. Qəzetimiz özünə Hadi Rəcəbli kimi arxa tapdı. O bizim əməkdaşların qayğılarıyla yaxından maraqlanır, bizə yardımçı olurdu. Sonra Hadi müəllim Mərkəzi Komitəyə irəli çəkildi, Şəki şəhər Partiya Komitəsinə rəhbər təyin edildi. Qapısını ürəklə açırdıq, “bizim Hadi” deyirdik. Bu gün də həm lənkəranlılar, həm də şəkililər onun rayon rəhbəri kimi gördüyü işlərdən, xalqa tükənməz qayğılarından danışırlar.

 

Sınaqlardan çıxa bildi

 

Həyatın enişli-yoxuşlu günlərini görmüş Hadi müəllim sovet hökumətinin dağılmasından da çox əziyyət çəkdi, Şəki rəhbərliyindən Nazirlər Kabinetinə ən sıravi işə qayıtdı. Bir az sonra ona o dövrlər üçün  çox ağır sahəni tapşırdılar. Qaçqınlar və məcburi köçkünlərin bütün qayğıları hökumət səviyyəsində ona həvalə olundu. Hadi müəllim bu insanların da sevimlisinə çevrildi, məsələlərinin həllində onlara köməkçi oldu, indi də həmin ağrılı problemlərlə Milli Məclisdə qanun yaradıcılığı baxımından o məşğul olur .Jurnalist həmkarım, rəhmətlik Kamal Rəhmanov bu insan haqqında 400 səhifəlik çox maraqlı, oxunaqlı bir  kitab da ərsəyə gətirib. AzTV-nin onun haqqında çəkdiyi son filmdə bu ailənin mənəviyyatından, ənənələrindən, sədaqətlərindən, böyük-kiçiyə hörmətindən yüksək yaradıcılıqla söhbət açılmışdı.


Qeydlərimin bu məqamında xoş  fikirləri dayandırıb, Vətəninə bağlı olan, xalqla nəfəs alan, ağsaqqal, böyük ailə başçısı haqqında mətbuatda gedən ədalətsiz cızmaqaraları əsəbləşərək yenidən yada salmaq istədim. O yazılarda fikirlər kontekstdən çıxarılır, təhrif olunur, başlığa fantastik uymalar çıxarılır, sosial şəbəkələrdə ifrat, eybəcər, həqiqətdən çox uzaq mətnlər qoyulur.

Bunu jurnalist həmkarlarımla, ziyalılarla, dost-tanışla bölüşəndə, hamı təəssüf edir, narazılıqlarını bildirir. Dözülməz hal odur ki, nə saytlar, nə də sosial şəbəkələrdə bu etirazlar, narazılıqlar barədə rəylər bildirilmir, kəskin əks müddəalar söylənilmir. Bir sözlə, bu böyük şəxsiyyət müdafiə olunmur.Yalan, iftira və təhriflərə cavab verilmir.Bu, bizim  susqun biganəliyimizdən irəli gəlir.


Xalq elçisi
 

Hadi Rəcəbli Sovet dönəmində bir çağırış deputat olsa da,1995-ci ildə çətin mübarizəyə qoşularaq Lənkəran camaatının dəstəyi ilə seçkidə qalib gələrək Milli Məclisdə onları təmsil etmək hüququ qazandı. Hadi müəllim bir deyil, beş çağırışdır ki, Milli Məclisin deputatı və eyni zamanda, hər dəfə komitə sədri seçilir.O, deputatlığı dövründə tez-tez görüşlər keçirir, xalqı dinləyir, onların qayğılarını parlament tribunasına çıxarır. Ailə, qadın və uşaq problemlərilə bağlı bir sıra qanunlar hazırlayıb, Ailə Məcəlləsinə onlarla əlavələr və düzəlişlər edir. Milli Məclisə daxil olan ərizə-şikayətlərin, qəbula gələnlərin, şikayətlərin 50 faizdən çoxu ona ünvanlanır, insanlar onu tanıyır, ona ümid bəsləyirlər. Sosial siyasət sahəsində hüquqi bazanın formalaşmasında Hadi müəllimin danılmaz xidmətləri var. Görülən işlər son nəticədə xalqın xeyrinə yönəlir, onlarla qanunun ərsəyə gəlməsi ilə nəticələnir. Onun yol çəkilişi, məktəb, xəstəxana tikintisi, şəhid ailələrinə maddi və mənəvi dəstək durması gözümüz önündədir. Bölgəylə bağlı xalqın istək və arzuları onun bəlağətli, kəskin çıxışlarıyla parlament tribunasında səslənir və nəticədə qaldırdığı məsələlər əksər hallarda müsbət həllini tapır. Bakıda və Lənkəranda sıravi vətəndaşdan tutmuş tanınmış şəxsiyyətlərin yubiley tədbirlərinin onun təşəbbüsü ilə keçirilməsindən çoxlarının xəbəri var. Ancaq bu təvazökar insan özünün  70 illik yubileyini hətta Lənkəranda belə qeyd etməyə razılıq vermədi. Budur onun böyüklüyü, onun tərifdən yayınmaq istəyi.


Lənkəranda məktəb müəlliminin, traktorçunun, yazıçının və mətbu orqanların nümayəndələrinin ailəvi tədbirlərini, yubileylərini maddi və mənəvi dəstəklə icra edir. Müəllimlərdən Viyən məktəbindən Əlizadə Cəfərovun, Ləj məktəbindən Aqşin Əliyevin, Veravul məktəbindən Ayaz Nəhmətovun, Müasir Gənclər Hərəkatının fəallarından Cəmil Quliyevin, Osakücə kəndindən aqronom Allahverdi Həbibovun, Aşağı Nüvədi qəsəbəsindən mexanizator Barat Məhərrəmovun və onlarla digər seçicilərin onun fədakar fəaliyyəti ilə bağlı söhbətləri və xoş təəssüratları qulağımda daim səslənir. Eyni zamanda, onların mətbuat səhifələrində, sosial şəbəkələrdə gedən yalan, iftira, təhrif dolu əsassız yazılarla bağlı narazılıqları və üsyankar mövqeləri də mənə tanışdır.

 


... ayaq tutar yeriməz

Biz sosial şəbəkələrdə qoyulmuş Lənkərandakı bütün sahibkarlıq obyektlərinin Hadi Rəcəblinin adına yazılmasına gülürük. Bir riyakar yalançının, hazırda Allah tərəfindən cəzalandırılan, mənfur xarici agentin haqq-ədalətdən qorxmadan video-lentlərə çəkib Facebook səhifələrində paylaşdığı tamamilə həqiqətdən uzaq, qərəzli materialı, sonradan onlarla kütlə psixologiyasına uyan, səhifəsi oxunsun deyə bir az da yalanları şişirdib tirajlaşdırılan yazılar bizi dəhşətə gətirir. Nə edəsən ki, bu yalan, təhrif dolu materiallar Youtube səhifələrində qalır, bəzi az da olsa küskün, naşükür, Allahdan da narazı olan adamların sevimli materialına çevrilir.

Beləliklə, tanınmış siyasətçi, el ağsaqqalı,  böyük ailə başçısı, sevimli deputatımız, xalq adamı, alim, pedaqoq Hadi müəllim haqqında mənfi fikirlər yaratmaq istəyi ortaya qoyulur. Əlbəttə, atalar “yalan ayaq tutar, yeriməz”, “yel qayadan nə aparar” deyiblər. Amma bu yazımın məqsədi odur ki, gəlin biganə qalmayaq, biz də  yalançılarla, iftira müəllifləri ilə vuruşaq, mübarizə aparaq.Gəlin nümunəvi ailələri təbliğ edək, ailə dəyərlərinə qısılaq, yarınaq. Qoy həqiqət zəfər çalsın!

 

İltifat ƏHMƏDOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm”, “Ustad”, “İlin ən yaxşısı” 
media mükafatları laureatı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı
23.05.2018, 10:47

Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib
23.05.2018, 10:38

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  
23.05.2018, 10:36

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA
23.05.2018, 10:33

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb   
23.05.2018, 10:04

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb  

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu
23.05.2018, 09:55

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var
23.05.2018, 09:38

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF
23.05.2018, 09:37

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF

Mədəniyyətimizin ziyası və ... düşmənləri
23.05.2018, 09:32

Mədəniyyətimizin ziyası və ... düşmənləri

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb   
23.05.2018, 09:26

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb  

Cəbhədə şiddətli atışma oldu 
23.05.2018, 09:16

Cəbhədə şiddətli atışma oldu 

OPEC iyunda neft hasilatını artıra bilər
23.05.2018, 09:11

OPEC iyunda neft hasilatını artıra bilər

Qurtuluş Günündə konsert olacaq
23.05.2018, 08:57

Qurtuluş Günündə konsert olacaq

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?   
23.05.2018, 08:57

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?  

İsrail Qəzzanı BOMBALADI 
23.05.2018, 08:53

İsrail Qəzzanı BOMBALADI 

23.05.2018, 08:32

"BakuBus" avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi
23.05.2018, 08:30

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23.05.2018, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
23.05.2018, 00:06

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub
23.05.2018, 00:03

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100
22.05.2018, 23:19

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018, 23:06

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Tramp-In görüşü ertələnə bilər
22.05.2018, 22:48

Tramp-In görüşü ertələnə bilər

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib
22.05.2018, 22:35

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib

Pakistanda anormal istidən 65 nəfər ölüb
22.05.2018, 22:24

Pakistanda anormal istidən 65 nəfər ölüb

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto
22.05.2018, 22:15

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
22.05.2018, 22:05

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Beyons tarixi abidəni satın aldı – FOTO
22.05.2018, 21:58

Beyons tarixi abidəni satın aldı – FOTO

Vaksini olmayan ölümcül virus yayılıb
22.05.2018, 21:46

Vaksini olmayan ölümcül virus yayılıb

Artıq marixuana çəkənlər həbs olunmayacaq
22.05.2018, 21:30

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird
22.05.2018, 21:20

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“BP” İrandan çıxır
22.05.2018, 21:10

“BP” İrandan çıxır

Azay Quliyev seçicilərini qəbul edib
22.05.2018, 21:00

Azay Quliyev seçicilərini qəbul edib

Parisdə iğtişaşlar – Foto
22.05.2018, 20:56

Parisdə iğtişaşlar – Foto

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ
22.05.2018, 20:40

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (17.4%)
Meral Akşener (14.6%)
Rəcəb Tayyip Ərdoğan (60.5%)
Selahattin Demirtaş (1.83%)
Temel Karamollaoğlu (0.91%)
Doğu Perinçek (4.58%)