15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycanda inanclı insanların Ramazanla bağlı ikitirəliyi yarandı - Deputat orucu bu gündən tutur
Azərbaycanda inanclı insanların Ramazanla bağlı ikitirəliyi yarandı - Deputat orucu bu gündən tutur
16.05.2018, 10:21

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.  Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Lakin bu il də Ramazan ayının başlanması ilə bağlı ikitirəlik yaranıb. Türkiyə, o cümlədən əksər ərəb ölkələrində Ramazan ayı bu gündən – 16 maydan başlayır. Azərbaycan isə İranla paralel hərəkət edir. Nəticədə Azərbaycandakı inanclı insanların bir qismi bu gündən oruc tutmağa başlayıb, digər qismi isə sabahdan bu prosesə start verəcək.


“Azərbaycandakı İslamın gerçək dinlə ciddi əlaqəsi yoxdur”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, inanclı deputat  Fazil Mustafa Modern.az saytına danışarkən deyib ki, insan hürdür, istədiyi seçimi  edə, öz idarəsi çərçivəsində  qərar qəbul edə bilər. Fazil Mustafanın özü də Qafqaz Müsəlmanları İdarəsinin təqviminin əleyhinə olaraq, orucu bu gündən tutmağa başlayıb:


“Kim istəyir bu gün oruc tutsun, kim istəyir sabah. Hesab edirəm ki, Azərbaycanda irançı zehniyyətə sahib olmayan insanların böyük əksəriyyəti bu gün oruc tutur. Biz daha çox türk istiqamətində düşünən insanlar olduğumuza , o cümlədən qidalanma ilə əlaqəli Türkiyə proqramlarını  izlədiyimizə görə, bu məsələdə onlarla paralel hərəkət edirik. Bildiyiniz kimi, Azərbaycanda dini maarifçilik istiqamətində heç bir ciddi iş aparılmır. Televiziyalarımız daha çox dini cəhalətin, nadanlığın, xurafatın  yayılması, başı ziyarətgahlara sürtməyin, gedib orada qurban kəsməyin, imamzadələrin təbliği və.s  istiqamətində fəaliyyət göstərirlər.  Bütün bunlar İslam dini ilə uzlaşmayan məsələlərdir. Bu, Azərbaycana aid bir İslamdır və gerçək dinlə ciddi əlaqəsi yoxdur”.

“Azərbaycan əslində təqlidçi mövqedədir”

F.Mustafa qeyd edib ki, insana daha ciddi elmi və düşüncə imkanları verən verilişləri, kitabları  əsasən Türkiyə mənbələrindən oxuyub araşdırır:

“Bu baxımdan referans kimi həmin ölkəni götürürük. Amma dediyim kimi, bu, insanların sərbəst hüququdur.  Kim istəyir QMİ-nin xəttini izləyib, onun anlayışı ilə yanaşsın, kim də istəyər başqa ölkələrdə olan dini anlayışda məsələyə baxsın. Burda heç bir  qəbahət yoxdur. Çünki Azərbaycanın bu məsələdə  özünəməxsus yanaşması yoxdur.  Bu istiqamətdə Azərbaycan əslində təqlidçi mövqedədir. Bu o deməkdir ki, İranda nəyi etdilərsə, məsələn, İranda hansısa dini nüfuz sahibi nə etdisə, bizdə də onu təkrar etmək məcburiyyəti var. Lakin azad din anlayışına sahib olan insanlar üçün bunların heç biri keçərli deyil”.

“Onlar çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər”

Deputat Şamaxı Astrofizika Rəsədxanasının bu istiqamətdə olan rəyindən də söz açıb:

“Ayın görünüb- görünməməsi ilə əlaqəli Rəsədxana başqa cür rəy verə bilməz. Çünki sonradan onlar bununla bağlı problem yaşaya bilərlər. Yəni ən azı işdən çıxma qorxusu ilə çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər. Türkiyədə əksər insanlar bu məsələdə aktiv rol alırlar, yüz dəfə ölçüb-biçir, hansı variantın daha doğru olduğunu seçirlər. Şəxsən mən o variantı izləyirəm. Amma sabah oruc tutacaq, yaxud heç tutmayacaq insanların hamısının normal ay keçirməsini təmənna edirəm. Çünki heç kim başqalarının işinə qarışa ya da, ittiham edə bilməz”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO
15.10.2018, 17:16

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO

Manatın kursu dəyişir? - MƏZƏNNƏ
15.10.2018, 17:09

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Daşqınlar 13 fransızın həyatına son qoydu
15.10.2018, 17:04

Daşqınlar 13 fransızın həyatına son qoydu

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı
15.10.2018, 17:02

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 
15.10.2018, 16:56

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! 

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı
15.10.2018, 16:50

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Badamdardakı sürüşmə evin hasarını uçurdu
15.10.2018, 16:36

Badamdardakı sürüşmə evin hasarını uçurdu

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”
15.10.2018, 16:33

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”

Prezident Lerikə gedib
15.10.2018, 16:20

Prezident Lerikə gedib

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
15.10.2018, 16:12

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub
15.10.2018, 16:05

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub

Almaniyada naməlum şəxslər insanları girov götürüb
15.10.2018, 15:58

Almaniyada naməlum şəxslər insanları girov götürüb

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ
15.10.2018, 15:57

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ

Pensiyalar artıb – RƏSMİ
15.10.2018, 15:55

Pensiyalar artıb – RƏSMİ

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ
15.10.2018, 15:51

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək
15.10.2018, 15:47

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu - ÖZƏL
15.10.2018, 15:44

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu - ÖZƏL

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!
15.10.2018, 15:38

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

ARXİV