Modern.az

İşdən çıxarılan komitə sədri nazir müavini təyin edildi

İşdən çıxarılan komitə sədri nazir müavini təyin edildi

Mədəni̇yyət

16 May 2018, 12:24

Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bununla da xarici işlər naziri Elmar Məmmədyarovun müavinlərinin sayı 6-ya çatıb. İndiyədək onun 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə ləğv edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır