Modern.az

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir - SİYAHI  

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir - SİYAHI   

16 May 2018, 16:11

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü  Asim Mollazadə məlumat verib.

A.Mollazadə bildirib ki, nümayəndə heyətində hər zaman rotasiyalar, dəyişikliklər olub.


“Nümayəndə heyətinin tərkibinə daxil olan deputatlar Milli Məclisdə  təyin edildiyinə görə, onların yerinə parlamentdən yeni üzvlər seçiləcək. Nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq”.

 

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov daxildir.


Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub