Modern.az

İdarə rəisi cərimələndi

İdarə rəisi cərimələndi

16 May 2018, 16:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda  tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.

 

Faktla bağlı əraziyə cavabdeh Xaçmaz rayon Yaşıllaşdırma İdarəsinin rəisi  Məmmədağa Qəribov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

 

Tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilməsi üçün idarənin rəisinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir