Modern.az

NATO Krımda açılan körpüdən NARAZIDIR

NATO Krımda açılan körpüdən NARAZIDIR

Dünya

16 May 2018, 17:58

NATO Krımın Rusiya tərəfindən ilhaqından sonra onu Rusiya federasiyasına birləşdirilən körpünün açılışından narahat olduğunu bildirib.

Modern.az alyansın mətbuat xidmətinə istinadən xəbər verir ki, alyans bu hadisəni Ukraynanın suverenitetinin pozulması kimi dəyərləndirib.

“Bu körpü Ukraynanın suverenitetinin və ərazi bütövlüyünün pozulmasının yeni göstəricisidir. Rusiya beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirməyə davam edir” – alyansın mətbuat xidmətindən bəyan edilib.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra 2016-cı ildə adanı federasiyaya birbaşa birləşdirəcək körpünün tikintisinə start verildi. 2018-ci ilin may ayının 15-də isə Rusiya prezidenti Vladimir Putin yarımadanı Tamansk yarımadasına birləşdirən 19 km körpünün avtomobil yolunun açılışını edib. 2019-cu ildə isə dəmir yolunun açılışı gözlənilir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür