Modern.az

İlham Əliyev Norveç kralını təbrik etdi

İlham Əliyev Norveç kralını təbrik etdi

16 May 2018, 18:25

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu göndərib. 

Modern.az xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?