Modern.az

Ərdoğan dünya liderlərinə zəng vurub

Ərdoğan dünya liderlərinə zəng vurub

16 May 2018, 20:49

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Anqela Merkel və İran prezidenti Həsən Ruhani ilə Fələstində baş verən hadisələri müzakirə edib.

 

Modern.az  xəbər verir ki, Ərdoğan hər üç dövlətin lideri ilə telefonla danışıb.

 

Türkiyəli dövlət başçısı eyni zamanda Fələstindəki vəziyyət haqqında Qətər şeyxi Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl- Bəşirlə fikir mübadiləsi aparıb.

 

Daha əvvəl isə Ərdoğan Fələstin prezidenti Mahmud Abbas, İordaniya kralı II Abdulla, Səudiyyə Ərəbistanı, Küveyt və Malaziya liderləri ilə Qəzzadakı qanlı hadisələri müzakirə edib.

 

Qeyd edək ki, mayın 18-də İstanbulda İslam əməkdaşlıq təşkilatının toplantısı keçiriləcək.

 

Xatırladaq ki, mayın 14-də İsrail hərbçiləri 61 fələstinlini qətlə yetirib, mindən çox etirazçını yaralayıb. (oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı