Modern.az

13 yaşlı məktəbli məscidin yaxınlığında intihar etdi  

13 yaşlı məktəbli məscidin yaxınlığında intihar etdi   

16 May 2018, 22:10

 

Şamaxı rayonunda məktəbli intihar edib.

 

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məscidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

 

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib.

 

Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da dünyasını dəyişib.

 

Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir