Modern.az

İsrail rusiyalı müğənnini ölkəyə buraxmadı

İsrail rusiyalı müğənnini ölkəyə buraxmadı

Aktual

17 May 2018, 00:00

Məşhur rusiyalı müğənni Leps İsrail ərazisinə buraxılmayıb.

 

Modern.az  xəbər verir ki, bunu Knessetin deputatı Yuliya Malinovskaya öz “Facebook” səhifəsində yazıb.

 

“Polisin nə üçün məşhur rusiyalı müğənnin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib.

 

O, bildirib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar”,- deyə deputat yazır.

 

Onun sözlərinə görə, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.

 

Xatırladaq ki, 2013-cü ildə ABŞ-da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nağd pul daşımaqda şübhəli bilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!