Modern.az

Qida Təhlükəsizliyi Agentliyinin yeni mətbuat katibi operativliyə söz verdi

Qida Təhlükəsizliyi Agentliyinin yeni mətbuat katibi operativliyə söz verdi

17 May 2018, 09:01

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub, bu posta Mansur Piriyev gətirilib.

Bu təyinatadək  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat şöbəsinin müdiri, “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışmış M.Piriyev təəssüratlarını Modern.az-la bölüşüb:


“Əziz dostlar, dəyərli həmkarlar və media nümayəndələri! Səmimi təbriklərinizə görə əvvəlcədən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Bildiyiniz kimi artıq mən insanların sağlam qidalanması, qida təhlükəsizliyi şəraitinin daha da yaxşılaşdırılması və sağlam gələcəyimizin inşasına xidmət göstərəcək mühüm bir sahədə - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində işə başlamışam. Qarşımızda qoyulan əsas vəzifə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, dövlət siyasətini və tənzimləməsini həyata keçirməkdir.

Bugünədək birgə çalışdığım “BakuBus” MMC və Bakı Nəqliyyat Agentliyindəki dostlara, iş yoldaşlarıma, həmkarlarıma hər şey üçün dərin təşəkkürlərimi bildirirəm. İndiyədək çalışdığım təşkilatlatlarda olduğu kimi, bundan sonra da Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəhbəri kimi mediyaya açıq olacağıma tam əmin ola bilərsiz”. 

M.Piriyev qeyd edib ki, qida təhlükəsizliyi sahəsində ictimaiyyətin obyektiv, operativ və sistemli şəkildə məlumatlandırılmasında fəal iştirak edəcək, uğurlarımıza dəstək olacaqsınız.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir