Modern.az

BP şirkətinin azərbaycanlı işçilərinin sayı açıqlandı  

BP şirkətinin azərbaycanlı işçilərinin sayı açıqlandı   

Aktual

17 May 2018, 12:07

2018-ci ilin 1-ci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2688 nəfər olub.

Bu barədə “BP Azerbaijan” şirkətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər.

İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır