Modern.az

AŞPA Daimi Komitəsi Azərbaycandakı seçkiləri müzakirə edəcək

AŞPA Daimi Komitəsi Azərbaycandakı seçkiləri müzakirə edəcək

Aktual

17 May 2018, 14:41

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi bu ilin iyunun 1-də Xorvatiyanın paytaxtı Zaqrebdə toplanacaq.

 

Modern.az AŞPA-ya istinadən xəbər verir ki, iclas Xorvatiyanın qurumun Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.

 

Parlamentarilər növbəti 6 ay üçün (May-noyabr) AŞPA-nın Nazirlər Komitəsinə sədrlik edəcək Xorvatiyanın xarici və Avropa işləri naziri Mariya Pejcivoniclə fikir mübadiləsi aparacaqlar.

 

İclasın gündəliyində həmçinin Azərbaycan və Montoneqroda keçirilən prezident seçkilərinin müşahidəsi, terrorizmə qarşı mübarizə,siyasətdə müxtəlifliyin və bərabərliyin təşviqi, Avropada əlilliyi olan məhbuslarla bağlı məsələlər daxildir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!