21 avqust 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Güzəştli mənzillərin seçimi yenidən təşkil OLUNUR - şikayətlərə görə
Güzəştli mənzillərin seçimi yenidən təşkil OLUNUR - şikayətlərə görə
17.05.2018, 15:26

Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olunacaq. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına may 2018-ci ildə başlanılıb. 7 may 2018-ci ildə başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.

 

Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib.

 

Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.

 

Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyində müvafiq Komissiya yaradılmışdır. Bununla yanaşı, sözügedən elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunmuşdur. Eyni zamanda, elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş və hesabatlar dinlənilib.

 

Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunmuşdur ki, “Elektron hökumət” portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və “Güzəştli mənzil” sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb.

Yuxarıda qeyd edilən texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

 

Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq. Mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə əlavə məlumat veriləcək.

 

Hazırda Mənzil İnşaatı Dövlət Agentliyi aidiyəti təşkilatlarla birlikdə “Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və sistemin hər bir istifadəçisinə bərabər seçim şəraitinin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

 

Qeyd edək ki, satışa çıxarılan mənzillərin seçimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir.

 

“Güzəştli mənzil” elektron sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin edir. Satışın bu sistem vasitəsilə təşkilinin əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılma zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Bu günədək “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21.08.2018, 17:56

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
21.08.2018, 17:50

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Lavrov sanksiyalardan danışdı
21.08.2018, 17:40

Lavrov sanksiyalardan danışdı

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ
21.08.2018, 17:35

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Nazir rektorla görüşdü
21.08.2018, 17:24

Nazir rektorla görüşdü

Azercell beynəlxalq qurumların diqqətində   
21.08.2018, 17:21

Azercell beynəlxalq qurumların diqqətində  

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
21.08.2018, 17:17

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR
21.08.2018, 17:12

Alimlər TƏŞVİŞDƏ – Nəhəng buz təbəqəsi ƏRİYİR

Döyüş təyyarəsi quşla toqquşdu
21.08.2018, 17:09

Döyüş təyyarəsi quşla toqquşdu

Hindistanda 1 milyon insan təxliyə olundu
21.08.2018, 17:07

Hindistanda 1 milyon insan təxliyə olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.08.2018, 17:02

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır
21.08.2018, 16:38

Moskva Dövlət Universitetinin Bakı filialı işçi axtarır

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ
21.08.2018, 16:33

Kömür hazırlayan şəxs 300 manat CƏRİMƏLƏNDİ

Yarmarkalar bu gündən fəaliyyətə başlayır
21.08.2018, 16:24

Yarmarkalar bu gündən fəaliyyətə başlayır

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək   
21.08.2018, 16:23

Roma Papası kilsədə seksual zorakılığa məruz qalanlarla görüşəcək  

Sözün sayəsində dünyanı dolaşdım
21.08.2018, 16:18

Sözün sayəsində dünyanı dolaşdım

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi
21.08.2018, 16:00

Texniki baxışdan keçməyən 122 sürücü cərimələndi

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq
21.08.2018, 15:43

S-400-lər Türkiyəyə vaxtında çatdırılacaq

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı
21.08.2018, 15:39

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanıldı

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı
21.08.2018, 15:38

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq
21.08.2018, 15:16

Kanadanın baş naziri yenə seçkilərə qatılacaq

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR
21.08.2018, 15:16

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu -FOTOLAR

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı
21.08.2018, 15:02

ABŞ-ın Türkiyədəki səfirliyini atəşə tutanların fotosu yayıldı

ARXİV