Modern.az

Kataloniya rəhbərindən İspaniya kralına HÖRMƏTSİZLİK

Kataloniya rəhbərindən İspaniya kralına HÖRMƏTSİZLİK

17 May 2018, 16:49

Kataloniyanın yeni rəhbəri Kim Torra İspaniya kralına beyət etməkdən imtina edib.

 

Modern.az “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, and içmə mərasimində Torra İspaniya kralı VI Filip və İspaniya konstitusiyası barədə söz açmayıb.

 

Əvəzində o Kataloniya xalqına sadiq olacağına və sədaqətlə xidmət edəcəyinə and içib.

Onun pencəyində Kataloniyanın azadlığı uğrunda həbs edilmiş aktivist və siyasətçilərlə həmrəylik əlaməti olaraq sarı band bərkidilib.

 

Həmçinin İspaniya hakimiyyət nümayəndələrindən heç kim bu mərasimdə iştirak etməyib.

Qeyd edək ki, Kim Torra Kataloniyanın eks rəhbəri Karles Puçdemanın yaxın dostu olub. Mayın 14-də Kataloniyanın 131-ci rəhbəri seçilib. Səsvermə zamanı Kataloniyanın müstəqilliyi siyasətini davam etdirəcəyinə söz verib.

 

Əvəz ZEYNALOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir