Modern.az

Beynəlxalq federasiyanın prezidenti Azərbaycanlı qadınlarla görüşüb

Beynəlxalq federasiyanın prezidenti Azərbaycanlı qadınlarla görüşüb

17 May 2018, 18:40

Deputat, siyasi elmlər doktoru  Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfourla görüşüblər.

 

Modern.az xəbər verir ki, görüş zamanı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verilib.

 

Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı  Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura məlumatlar verib, fikir mübadiləsi aparılıb.

 

Deputat bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. 

 

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib və "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib. 

 

Azərbaycanla əməkdaşlığı genişləndirməkdə çox maraqlıyır deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura Azərbaycana səfər etmək istədiyini və rəhbərlik etdiyi beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişlənmədinə çalışacağını deyib.

 

 Azərbaycan qadınlarını bu beynəlxalq platformada da aktiv görmək istəyirik deyən  Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura ölkəmizdə qadınlarla bağlı həyata keçirilən layihələri maraqla dinlədiyini və məmnuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər