Modern.az

Ramil Usubov daha bir rayonun rəisini təqaüdə göndərdi

Ramil Usubov daha bir rayonun rəisini təqaüdə göndərdi

17 May 2018, 18:51

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. 

 

Onun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?