Modern.az

Kişi həyat yoldaşını 18 bıçaq zərbəsi ilə qətlə yetirdi

Kişi həyat yoldaşını 18 bıçaq zərbəsi ilə qətlə yetirdi

Aktual

17 May 2018, 21:00

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.


*** 15:28

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı