Modern.az

Azərbaycanda bir gündə 2 min kubmetr dəniz suyu duzsuzlaşdırılır

Azərbaycanda bir gündə 2 min kubmetr dəniz suyu duzsuzlaşdırılır

18 May 2018, 11:59

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb və sutkalıq gücü 2000 kubmetr təşkil edir”.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ETSN Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

 

O bildirib ki, müəssisədə bugünədək 389634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1687995 kubmetr həcmində təmiz su istehsal olunub.

 

Şöbə müdirinin sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifafə edilir.

 

“Kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb. Burada 1 miıyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci illdən başlayaraq tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir