Modern.az

İlham Əliyev Tonu Bleri qəbul edib

İlham Əliyev Tonu Bleri qəbul edib

1 Dekabr 2009, 18:23

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleri qəbul edib. AzərTAc-ın məlumatına görə, keçmiş baş nazir İlham Əliyevin Britaniyaya səfərlərini xatırlayıb. Böyük Britaniyanın Azərbaycanda nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq ölkə iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb.
Dövlət başçısı iki ölkələr arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirib.
Prezident İlham Əliyevin adından keçmiş baş nazirin şərəfinə işçi nahar verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir