Modern.az

Türkiyədə Rüstəm İbrahimbəyova “Ömür boyu fəxri mükafat”ı veriləcək

Türkiyədə Rüstəm İbrahimbəyova “Ömür boyu fəxri mükafat”ı veriləcək

Mədəni̇yyət

24 Avqust 2011, 18:18

48-ci Beynəlxalq Qızıl Portağal film Festivalının fəxri qonağı azərbaycanlı kinorejissor Rüstəm İbrahimbəyov olacaq.

Modern.az-ın məlumatına görə, Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Antalya Mədəniyyət Sənət Fondu tərəfindən təşkil olunan Antalya Qızıl Portağal Film Festivalı çərçivəsində “Ömür boyu fəxri mükafatlar” mərasiminin fəxri qonağı Rüstəm İbrahimbəyov olacaq.

8-14 sentyabrda təşkil olunacaq mərasimdə, Nikita Mixalkovla birlikdə refissorluq etdiyi “Günəş yanığı” filmi ilə “Ən yaxşı xarici dildə film” naminasiyanda “Oskar”a layiq görülən R.İbrahimbəyova “Ömür boyu fəxri mükafat”ı veriləcək.

Rüstəm İbrahimbəyov “Oskar”la yanaşı, Venedik və Kan film festivallarında da mükafata layiq görülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...