21 oktyabr 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Azərbaycanda eynəklərdən istifadə edənlərə XƏBƏRDARLIQ  
Azərbaycanda eynəklərdən istifadə edənlərə XƏBƏRDARLIQ  
19.05.2018, 10:02

Artıq havalar isinib və günəş şüaları gözlərimizi qamaşdırır. Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb.

Modern.az saytı gün eynəyi bazarındakı vəziyyəti, bu ilin dəbi, eynək seçərkən nələrə diqqət etməli olduğumuzu araşdırıb.

Tülkü, dördbucaq, enli formalar, yumru modellər...

Sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova saytımıza danışarkən bu ilin gün eynəkləri dəbindən söz açıb:


“Son illər geyimdə olduğu kimi dəbə gələn bir çox nümunələr öz yerini qoruyub saxlayır. Gün eynəkləri də bu kateqoriyaya daxildir və dəbə gələn fərqli modellər olur. Bu gün çox ekstravaqant, üzün hardasa böyük hissəsini zəbt edən və ya çox balaca gün eynəkləri istehsal edilir. İnsanların öz üzlərinə yaraşan  eynək seçimi etməyi mütləqdir. Əgər sən dəbdə olan eynəklərdən istifadə etsən, bəlkə də üz quruluşuna uyğun olmayacaq. Çünki qaş-göz duruşunun, üzün böyük və ya kiçik olmasının eynəyin gözəl yaraşmasında böyük rolu var. Bu gün eynəklərin gündəmdə olan müxtəlif formaları mövcuddur. Tülkü forması, dördbucaq enli formalar,  demək olar ki, bir çox üz quruluşuna yaraşan, son illər aktual olan  yumru modellər var. Ümumiyyətlə gün eynəkləri dəbində çeşid bolluğu müşahidə edilir”.

“İnsan eynək taxmaqla kimisə təhqir etmir”

G.Xəlilova qeyd edib ki, əvvəllər  eynəklərdən ancaq yay fəslində istifadə edilirdisə, indi onları bütün il boyu çantamızda daşıyırıq:

“Ona görə ki, eynəklər artıq aksesuardır və geyimi tamamlayan  ayrılmaz hissə kimidir. Bəzən eynəyi taxan zaman tamamilə fərqli bir görünüş yaranır. Bu baxımdan eynəklər geyimlərin bir parçası hesab olunur. Digər tərəfdən heç kim qış fəslində gün eynəyindən istifadə etdiyinə görə kimisə qınaya bilməz. Kim istəyir payızda, qışda eynəkdən istifadə edir, hər hansı qadağadan söhbət gedə bilməz.  İnsan eynəyi taxmaqla kimisə təhqir etmir. Bu normal bir şeydir. İnsana rahatdırsa, istifadə edir.

Amma tünd şüşəli  eynəklər var və bunlar daha çox yaz-yay ayları üçün nəzərdə tutulub. Həmçinin açıq şüşəli eynəklər də mövcuddur. Bunlar məhz payız-qış aylarında istifadə edilən eynək formalarıdır.  Əvvəllər ancaq tünd şüşəli eynəklər istehsal olunurdu. Lakin son zamanlar eynək dəbində fəsil fərqi olmadığı üçün istehsalçılar həm də payız-qış üçün nəzərdə tutulan eynəklər istehsal edirlər. Onların şüşələri açıq qəhvəyi, boz, xamelyon və bir çox rənglərin açıq tonlarında olur”.

“Azərbaycanda gün eynəklərinin təxminən 80 faizi saxtadır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  deyib ki, gün eynəkləri ilə bağlı problemlər təəssüf ki, hələ də qalmaqdadır:

 “Bu gün də təəccüb edirəm ki, xüsusilə qadınlar qış aylarında qara eynək taxırlar. Mənim 71 yaşım var, heç vaxt qara eynək taxmamışam və 100 faiz də görməm var.  Qara eynəklər insanların gözlərini korlaşdırır. Azərbaycana gətirilən qara eynəklər ucuz qiymətə, standarta uyğun olmayan məhsullardır və onları necə gəldi satırlar. Halbuki, qanuni hazırlanmış qara eynəklərin müəyyən testləri var. Bu testlər vasitəsilə eynəklər saxta olub-olmadığını bilmək mümkündür. Azərbaycanda gün eynəklərinin təxminən 80 faizi saxtadır. Yaxşı olar ki, gün eynəklərini hazırlıqlı göz həkimləri təyin etsinlər. Təəssüf ki, bu sahədə hazırlıqlı həkimlər də azdır”.


Müsahibimiz bildirib ki, eynəyin brend olması keyfiyyət göstəricisi deyil:

“Alıcılar bilməlidilər ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, poloroid eynəklərinin testlərində yol şəkli, avtomobil vardır ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən bu cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir. İstehlakçılar eynək alarkən onun məişət sertfikatını, testinin olub-olmadığını soruşmalıdırlar.

Brend dükanlarda da saxta eynəklər ola bilər. Çünki bu sahədə demək olar ki, yoxlama getmir, göz həkimləri bu işə diqqət yetirmir. Əhalinin də eynək taxmaq mədəniyyətsizliyi var”.

“Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir”

Oftalmoloq Mahir Məmmədzadə qeyd edib ki, insanlar gün eynəyi almazdan qabaq həkim müayinəsindən keçməli və  gözdə hər hansı qüsurun olub-olmaması aşkar edilməlidir:

“Gün eynəyi sadə, yaxud dərəcəli ola bilər. Tutaq ki, bir insanın görmə qüsuru yoxdursa, eynəyi sadəcə günəşdən qorunmaq üçün istifadə etmək istəyirsə, onun materialına, üzərindəki örtüyə diqqət etməlidir.  Material plastikdən və ya şüşədən ola bilər. Lakin satışda olan eynəklərin bir qismi plasmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir”.

M.Məmmədzadənin sözlərinə görə, maşın sürən, minik avtomobilindən istifadə edən insanlara şüşə materiallı eynəklərdən istifadə  heç də qənaətbəxş deyil:

“Gün eynəklərinin tündlülük dərəcəsinə də fikir vermək lazımdır. Yüksək tündləşmə o qədər də məsləhət deyil.  Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan müdafiə etməlidir.  Ultrabənövşəyi şüaların qorunma faizini müəyyən etmək üçün optikalarda xüsusi aparatlar olur”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20.10.2018, 13:49

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
20.10.2018, 13:40

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Kişilərin sipəri  
20.10.2018, 13:32

Kişilərin sipəri  

Sabah Bakıda 25 dərəcə isti olacaq
20.10.2018, 13:23

Sabah Bakıda 25 dərəcə isti olacaq

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI
20.10.2018, 13:16

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”
20.10.2018, 12:52

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu
20.10.2018, 12:47

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu

Sabah hava necə keçəcək? - PROQNOZ
20.10.2018, 12:39

Sabah hava necə keçəcək? - PROQNOZ

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  
20.10.2018, 12:23

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 12:07

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub
20.10.2018, 11:50

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
20.10.2018, 11:36

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
20.10.2018, 11:33

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır

ARXİV