Modern.az

Bakı Ürək Mərkəzinin Rəşad Mahmudovla işbirliyinə son verildi

Bakı Ürək Mərkəzinin Rəşad Mahmudovla işbirliyinə son verildi

19 May 2018, 11:40

Modern.az saytının əldə etdiyi məlumata görə, tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzi ilə müqviləsinin vaxtı başa çatıb. Qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti başa çatan Rəşad Mahmudovun bu səhiyyə müəssisəsindəki fəaliyyətinə xitam verilib.

Məsələni dəqiqləşdirmək üçün Diaqnostika Mərkəzinin rəhbərliyi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı və mərkəzdən bunu şənbə günü olması ilə əlaqələndirdilər.

Əməkdaşımız digər tərəflə də əlaqə əlaqə yaratmaq istəyib. Hazırda Rəşad Mahmudovun məşğul olduğunu deyən köməkçisi bu məslədə qeyri-adi hadisə olmadığını söyləyib:

“Azərbaycan dünyəvi dövlətdir, hər bir məsələ qanunlarla tənzimlənir. Müqavilə başa çatırsa, fəaliyyətə xitam verilir”.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzi ötən ilin may ayında yaradılıb. Rəşad Mahmudov ilk gündən həmin Mərkəzdə kardiocərrah kimi fəaliyyət göstərirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır