Modern.az

Bulvarda velosiped rüsvayçılığı, yaxud ərəblərin günahı nə?!

Bulvarda velosiped rüsvayçılığı, yaxud ərəblərin günahı nə?!

20 May 2018, 10:57

Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ən perspektivli sahə kimi turizm ön plana çəkilir. Ölkəyə daha çox turist cəlb etmək isə elə də asan məsələ deyil. Bunun üçün Azərbaycana gələcək insanların rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait olmalıdır. Sevindirici haldır ki, sadalanan şəraitlərin hamısı respublikamızda mövcuddur. Təəssüf doğuran məqam isə bəzi xidmət sahələrində onlara müraciət edənlərin əcnəbi olmasından istifadə edən işbazlardır. Belə məqamlardan biri də Dənizkənarı Bulvarda müşahidə olunmaqdadır. Hər kəsə məlum olduğu kimi, Bulvar ərazisində müəyyən ödəniş müqabilində velosiped kirayələmək mümkündür. Ölçüsündən və modelindən asılı olaraq, velosipedlər 1 saatı 3, 5, 8 manata təklif edilir. Velosipedlər vaxtında və zədələnməmiş halda geri qaytarılmalıdır. Əks halda sizi cərimə gözləyir. Elə bu günlərdə bulvarda olarkən diqqətimizi çəkən ard-arda 4-5 ərəbin velosipedi sürərək deyil, sürüyərək geri qaytarmağa gətirməsi kimi... Nə hikmətdirsə, ərəblərə verilən velosipedlərin hamısının təkərləri deşilmişdi. Əvəzində isə onlardan cərimə tələb olunurdu, özü də iki qat baha...

 

Pul qazanmaq üçün müxtəlif vasitələr var. Bu pulu insanları aldadaraq, özü də sənin ölkənə qonaq1 qismində gələn insanları incidərək qazanmaq heç bir məntiqə sığmır.

 

Elə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bu fikirdə olduğunu bildirib:

 

“Biz daha çox turist cəlb edib ölkəmizi tanıtmalıyıq. Bu cür aldadılmış insanlar bir daha istirahət üçün Azərbaycanı seçəcəklərmi? Bax bu sual ətrafında düşünmək lazımdır. Bu gün turistlər xidmət sahələrində, restoranlarda, otellərdə, istirahət məkanlarında, elə adicə parklarda aldadılır.

Biz düşünürük ki, regionlarda ən azı 1 və ya 2 ulduzlu otellər inşa olunmalıdır ki, həm  xarici turistlər, həm də yerli əhali öz cibinə uyğun istirahət edə bilsin. Belə olduğu halda turistlər rahat şəkildə həm yay, həm də qış aylarında rayonlara üz tuta bilərlər. Bölgələrdə ucuz otellərin inşa edilməsi daha məqsədəuyğundur, çünki bahalı otelləri saxlamaq da böyük vəsaitlərin xərclənməsinə gətirib çıxarır”.


M.Ağakərimov bildirib ki, Azərbaycanda xidmət sahələrindəki əksikliklər aradan qaldırılmalıdır:

 

“Azərbaycanda turizm sahəsində təhsil verən kifayət qədər təhsil ocaqları var. Belə təhsil ocaqları kəmiyyətcə çox olsa da, hələ keyfiyəyət istədiyimiz nəticəni vermir. Regionlarda yüksək səviyyədə xidmət göstərmək üçün treninqlər təşkil olunmalıdır, o yerlərə peşəkarlar cəlb edilməlidir. Belə təlimləri rayonların hamısında təşkil etmək çətin olar, amma regionlar üzrə təşkil etmək mümkündür. Biz bəzən Türkiyənin turizm sahəsində gördükləri işlərə həsəd aparırıq. Türklərdə və dünyanın bir çox ölkələrində xidmət sahəsinə xüsusi diqqət ayrılır. Çünki yaxşı xidmət görən turist ölkəyə digər turistlərin gəlməsinə səbəb olacaq. Getdikləri yerlərdə xidmətin yüksək səviyyədə olduğundan bəhs edəcəklər. Bu da əlavə gəlir deməkdir. Otel sahibləri, turizm mərkəzlərinin rəhbəri bu məsələnin üzərində işləsə, çox yaxşı olar. Turistlərə yüksək səviyyədə xidmət göstərməklə, münasib qiymətə məhsulu satmaq lazımdır. Qiymətin bahalığı, hər addımda aldadılmaq da turistlərin yenidən ölkəyə gəlməməsinə səbəb ola bilər”.

 

Sədr müavinin sözlərinəgörə, turistlər ən çox xidmət səviyyəsinin aşağı olmağından şikayətlənir.

“Azərbaycana gələn turistlər əsasən verdiyi məbləğin əvəzində ona göstərilən xidmətin aşağı səviyyədə olmasından şikayətlənirlər. Yalnız otellər, restoranlar deyil, eyni zamanda taksilərin də turistlərə yüksək qiymətə xidmət göstərməsindən şikayət olunur. Eyni zamanda, siz qeyd etdiyiniz  məsələlərdə. Bəzi adamlar ərəbdən daha bir neçə manat qoparmağın hayındadır, ölkənin mənafeyini isə düşünmürlər”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi