16 avqust 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM
İcra Hakimiyyətlərinin torpaq, mənzil alveri - PROBLEM
20.05.2018, 16:45

Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq versə də, məsələ illərdir həll edilmədən qalır. Vətəndaş yüksək məbləğdə vəsait ödəyib aldığı torpaqda ev tikə bilmir. Daşı daş üstə qoyan kimi, İcra Hakimiyyəti, bələdiyyə, müvafiq qurumların əməkdaşları “hal soruşmağa” gəlir. “Yaxşı deyiləm” deyəndə isə tikdiyin daşları da yerlə bir edib gedirlər. Torpaq alanda problem, ev tikəndə problem, qeydiyyata düşəndə problem, bunlar azmış kimi, illərdir yaşadığın evi özəlləşdirəndə də problem meydana çıxır.

 

Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

 

Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilib.

 

Buna qədər isə 2015-ci ildə "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununa dəyişiklik edilib.

 

Dəyişikliyə görə, 8-ci maddənin üçüncü hissəsinin dördüncü abzasına "orderi" sözündən sonra "mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam" sözləri əlavə edilib. Həmçinin, “kollektiv bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icrasının protokolundan çıxarış, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam" sözləri əlavə edilib.

 

Həmin vaxt dəyişikliyi şərh edən ekspertlər hesab edirdi ki, bununla da həmin sənədləri olan vətəndaşlar torpaq və onun üzərindəki obyekt üzərində mülkiyyət hüququ əldə etmiş olacaq. Bir sözlə, qanunla mülkiyyət hüququnun tanınmasından ötrü order tələb olunmayacaq. Bu isə minlərlə insanın mülkiyyət hüququnun əldə edilməsi anlamına gəlirdi.

 

Sovet hakimiyyəti dövründə Xalq Deputatlar Soveti, yaxud icra orqanları tərəfindən vətəndaşlara sərəncamla mənzil verilsə də, bəzilərinin orderi olmayıb. Hazırda oderi olanlara isə kirayə müqaviləsini əsas gətirərək mənzillərin özəlləşdirilməsinə əngəl yaradılır. Ona görə də vətəndaş mənzilini özəlləşdirə bilmir. Bu sənədlər məhz həmin problemlərin aradan qaldıracağına ümidləri artırmışdı.

 

Bütün bunlar azmış kimi, vətəndaşın dövlət tərəfindən müəyyən staj müqabilində verilən mənzilini özəlləşdirməsi də müşkülə çevrilib. İllər keçsə də problem həll edilmədən, acı bağırsaq kimi uzanaraq, vətəndaşı çilədən çıxarmaqda, bəzi məmurların cibinin qalınlığını artırmaqda davam edir.

 

Bu istiqamətdə xüsusilə İcra Hakimiyyətlərinin əməkdaşları “at oynadır”, necə deyərlər, istədiyi qiyməti “oxuyur”, qaz vurub qazan doldururlar. İş o yerə çatıb ki, paytaxtda qayda-qanunla, qeydiyyatlı mənzilini özəlləşdirmək istəyən vətəndaşdan 3 min, 4 min, hətta 5 min manat “şirinlik” istənilir. Səbəb soruduqda isə min bir bəhanə gətirərək, onu haqsız çıxarırlar... Görünən odur ki, bizdəki bəzi qanunlar yalnız onları pozmaq üçün yazılır...

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda ildə 3 min ton bal istehsal olunur
16.08.2018, 19:49

Azərbaycanda ildə 3 min ton bal istehsal olunur

2018-ci ildə Azərbaycanda ölənlərin sayı AÇIQLANDI
16.08.2018, 19:19

2018-ci ildə Azərbaycanda ölənlərin sayı AÇIQLANDI

Xəzər avtomobillərinin tezliklə ixracına başlanılacaq
16.08.2018, 18:52

Xəzər avtomobillərinin tezliklə ixracına başlanılacaq

Sabirabad sakini intihar edib
16.08.2018, 18:35

Sabirabad sakini intihar edib

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb
16.08.2018, 18:23

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
16.08.2018, 18:09

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi
16.08.2018, 18:04

İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi

İrandan Azərbaycana narkotik keçirən ata-oğul saxlanıldı
16.08.2018, 17:55

İrandan Azərbaycana narkotik keçirən ata-oğul saxlanıldı

Nazirdən ƏMR: Təhsilin prioritet istiqamətləri müəyyənləşdi
16.08.2018, 17:47

Nazirdən ƏMR: Təhsilin prioritet istiqamətləri müəyyənləşdi

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO
16.08.2018, 17:40

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO

Bakıda metroda yuxuya gedən şəxsi soydular 
16.08.2018, 17:31

Bakıda metroda yuxuya gedən şəxsi soydular 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.08.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək
16.08.2018, 17:08

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək

İxtisas qrupları üzrə boş qalan plan yerləri - SİYAHI
16.08.2018, 17:02

İxtisas qrupları üzrə boş qalan plan yerləri - SİYAHI

Azərbaycanda cinayətlərin ən çox hansı sahədə törədildiyi AÇIQLANDI
16.08.2018, 16:48

Azərbaycanda cinayətlərin ən çox hansı sahədə törədildiyi AÇIQLANDI

DİM-dən jurnalistlərə MÜRACİƏT
16.08.2018, 16:43

DİM-dən jurnalistlərə MÜRACİƏT

Paşinyan Putinə zəng etdi
16.08.2018, 16:29

Paşinyan Putinə zəng etdi

Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018, 16:12

Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb

“Abituriyent” jurnalının 8-ci nömrəsi nəşr edildi
16.08.2018, 16:09

“Abituriyent” jurnalının 8-ci nömrəsi nəşr edildi

Zakir Həsənov Hərbi Liseydəki təmir-tikinti işlərini yoxladı
16.08.2018, 16:07

Zakir Həsənov Hərbi Liseydəki təmir-tikinti işlərini yoxladı

Koçaryan məhkəmədə Surət Hüseynovun qiyamından DANIŞDI
16.08.2018, 15:59

Koçaryan məhkəmədə Surət Hüseynovun qiyamından DANIŞDI

ABŞ Konqresinə müsəlman namizədlər irəli sürülüb
16.08.2018, 15:53

ABŞ Konqresinə müsəlman namizədlər irəli sürülüb

Qurban bayramına görə pensiyalar tez verildi
16.08.2018, 15:46

Qurban bayramına görə pensiyalar tez verildi

DİM Kamran Əsədovu məhkəməyə verir
16.08.2018, 15:36

DİM Kamran Əsədovu məhkəməyə verir

 Füzulidə yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilir
16.08.2018, 15:35

Füzulidə yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilir

Həyəcan təbili ÇALINDI: “Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır”- İTTİHAM
16.08.2018, 15:30

Həyəcan təbili ÇALINDI: “Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır”- İTTİHAM

692 bal toplayıb, müəllimliyi seçdi: “Savadsız müəllimlər işdən çıxmırlar ki, boş yerlər açılsın”
16.08.2018, 15:27

692 bal toplayıb, müəllimliyi seçdi: “Savadsız müəllimlər işdən çıxmırlar ki, boş yerlər açılsın”

Putin xarici işlər nazirinin toyuna qatılacaq
16.08.2018, 15:18

Putin xarici işlər nazirinin toyuna qatılacaq

Axtarışda olan şəxsdən silah-sursat götürülüb
16.08.2018, 15:17

Axtarışda olan şəxsdən silah-sursat götürülüb

Ramil Usubov Xoşbəxt Yusifzadəni təltif etdi
16.08.2018, 15:09

Ramil Usubov Xoşbəxt Yusifzadəni təltif etdi

Samuxda keçmiş məhkum arvadını öldürdü
16.08.2018, 14:53

Samuxda keçmiş məhkum arvadını öldürdü

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı ENDİRİLDİ
16.08.2018, 14:49

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı ENDİRİLDİ

Serj Sarkisyan istintaqa çağırılacaq
16.08.2018, 14:16

Serj Sarkisyan istintaqa çağırılacaq

Qərbi Kaspi Universitetinin Kolleci qəbul elan edir
16.08.2018, 14:13

Qərbi Kaspi Universitetinin Kolleci qəbul elan edir

Ən bahalı universitetlər – illiyi 70 min dollar...
16.08.2018, 14:11

Ən bahalı universitetlər – illiyi 70 min dollar...

ARXİV