Modern.az

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı

Çin və ABŞ razılaşdı - “Müharibə” başa çatdı

21 May 2018, 00:00

ABŞ xəzinə naziri Stiven Mnuçin gömrük vergiləri məsələsində Çinlə razılaşma əldə edildiyini açıqlayıb.

 

“Qafqazinfo” “Royters”a istinadən xəbər verir ki, o, “ticarət müharibəsi”ni dayandırdıqlarını söyləyib:

 

“Hazırda gömrük vergilərini artırmaq məsələsini dayandırdıq. Yeni razılıq üzərində çalışmalara start vermişik”.

 

Məlumata görə, Vaşinqtonda davam edən 5 günlük ikitərəfli danışıqlarda Çin iki ölkə arasında ticarət balansını qorumaq üçün ABŞ-dan daha çox mal almaq sözü verib.

 

Qeyd edək ki, ABŞ Çin məhsullarına əlavə dəyər vergisi tətbiq etmiş və iki ölkə arasında münasibətlər gərginləşmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır