Modern.az

Bu da oldu – Yeni TANK

Bu da oldu – Yeni TANK

21 May 2018, 09:36

Rusiya özünün müasir silahları ilə dünyanı təəccübləndirməkdə davam edir.

 

Modern.az saytının Amerikanın nüfuzlu “The National İnterest”ə istinadən məlumatına görə, Rusiya “Honda Civic” avtomobili görkəmində yeni tank istehsal edir.

 

ABŞ mətbuatı yazıb ki, kompüter onun təsvirini təhlil edir, lakin bu hərbi texnika çox məharətlə maskalandığından müşahidə aparatlarını çaşdıra bilir.

 

ABŞ Hərbi Dəniz Qüvvələri bu minik avtomobillərinin tank olduğunu düşünürək kompüter nəzarət sistemlərini daha da təkmilləşdirmək istəyir. 

 

ABŞ donanmasının hədəfi müşahidə sistemləri vasitəsi ilə “Honda Civic”lərin tank yoxsa avtomobil olduğunu aşkara çıxarmaqdır.

 

Amerikanın Hərbi Dəniz Qüvvələrinin ekspertləri qeyd edirlər ki, süni intellektin inkişafı sayəsində texnikalar asanlıqla tanına bilər.

 

Lakin bu da var ki, obyektin zahiri görünüşündəki minimal dəyişikliklər kompüter sistemlərini aldada bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?