Modern.az

Ermənistanın Naxçıvan cəbhəsində TƏXRİBATI: “Onlarla düşmən hərbçisi məhv edilməlidir”  

Ermənistanın Naxçıvan cəbhəsində TƏXRİBATI: “Onlarla düşmən hərbçisi məhv edilməlidir”  

21 May 2018, 09:49

“Naxçıvan istiqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik. Bu təsadüfi deyil”.

 

Modern.az saytının məlumatına görə, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Onun sözlərinə görə, Ermənistan prezident İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdi.

 

“Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi.

 

Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Ermənistanın baş naziri Nikol Paşinyana mesaj yollamalıdır”-deyə politoloq E.Şahinoğlu qeyd edib.

 

Xatırladaq ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

 

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır. Və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...