Modern.az

Ermənilərdən Kəlbəcər yoluna ETİRAZ: “Hamısı pul “yumaq” üçündür”

Ermənilərdən Kəlbəcər yoluna ETİRAZ: “Hamısı pul “yumaq” üçündür”

Qarabağ

21 May 2018, 10:17

Ermənistanın Norabak kəndindən Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna çəkiləcək yol yerli sakinlər arasında ciddi narazılıq yaradıb.

 

Modern.az xəbər verir ki, Facebook-un erməni seqmentində yolun həddən artıq dağlıq və təhlükəli marşrut üzrə çəkilməsi, çox uzun olması ciddi narazılıq yaradıb.

Vaqan Arzumanyan adlı Yerevan sakini isə 15 kilometrlik marşrut xətti əvəzinə, 28 kilometr uzunluğunda marşrut xəttinin təsdiqlənməsini biabırçılıq adlandırıb.

 

“Marşrut tamamilə yanlış seçilib. Hakimiyyətdə olanlar xalqı özlərindən narazı salırlar”.

Onun statusuna münasibət bildirən daha bir isitfadəçi Artur Vardanyan isə “yol tikintisi həmişə pul “yumaq” üçün yaxşı vasitə olub. "Yol nə qədər uzun olarsa, pul da bir o qədər çox olacaq”-deyə o şərh yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır