Modern.az

Səsdən sürətli qanadlı raketlər sınaqdan çıxarıldı

Səsdən sürətli qanadlı raketlər sınaqdan çıxarıldı

21 May 2018, 14:30

Hindistan səsdən sürətli, qanadlı “BrahMos” raketinin sınaqlarını keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İxtiraları Təşkilatı məlumat yayıb.

Test tapşırıqları uğurla həyata keçirilib. Raket bütün qoyulmuş tapşırıqların öhdəsindən gəlməyi bacarıb.

 

21 May 2018-ci ildə “BrahMos” supersonic qanadlı raketi müvəffəqiyyətlə sınaqdan keçirilib.  “BrahMos” raketi raketlərin ömrünü 10 ildən 15 ilədək uzatmaq proqramı çərçivəsində Odisi əyalətindəki Balassor təlim yerindən, mobil qurğudan müvəffəqiyyətlə atəşlənib” təşkilatın şərhində bildirilib.

 

Qeyd edək ki, raket Rusiya ilə birgə layihə əsasında hazırlanıb. Onun sonuncu modifikasiyasının uçuş məsafəsi 450 km-dək uzadılıb. Raketi təyyarələr, gəmilər, sualtı gəmilər və həmçinin qurudan atəşləmək mümkündür.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?