Modern.az

“Qartalın dimdiyi”ndəki  görüşümüz - Macəra dolu “Şah dili”ndən REPORTAJ

“Qartalın dimdiyi”ndəki  görüşümüz - Macəra dolu “Şah dili”ndən REPORTAJ

Aktual

21 May 2018, 14:32

“Təbiət evimizdir-Evimizə gedirik”

 

Gününü ofislərdə, idarələrdə, müəssisələrdə keçirən insanlar təbiətlə təması daha çox arzulayır. İnsanın ruhu da, beyni də təbiətin qoynunda bir hüzn, bir sakitlik tapır. Təbiətin qoynuna səyahət o qədər rəngarəng olur ki!  Geriyə ancaq xoş xatirələr qalır.

Biz də  “Təbiət - evimizdir” deyib birbaşa Xəzər rayonunda yerləşən Abşeron Milli Parkına yollanırıq. Zirə qəsəbəsində Şah dili adlanan ərazi bizi gözləyir.

Bakıdan 70 km məsafədə yerləşən Milli Park Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. 2005 - ci ilin fevralında. Deyirlər, 783 hektar sahəni əhatə edən Milli Parkda Xəzər suitisindən tutmuş ceyrana kimi çox heyvan var. Hələ yaşılbaş ördəyi, su ilanlarını, gümüşü qağayını demirəm... Gedib görəcəyik. Amma....

Yol boyunca Ekologiya və Təbii Sərvətlər Nazirliyi bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə  bizə gündüz vaxtlarında bəzi canlıları  görə bilməyin mümkünsüzlüyünü izah edir. Hazırda əksər heyvanların yumurta dövrü olduğu üçün onları görə bilmədik.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bizə layihənin məqsədi haqqında danışır:

 “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş press-tur ikinci həftədir ki, davam edir. Bu gün Abşeron Milli Parkında olacağıq. Məqsədmiz Milli Parkdakı ekoturizm potensialını göstərmək, bir-birindən gözəl təbiət abidələrinə gediş-gəliş imkanlarını genişləndirmək və təbiəti evimiz kimi qoruyaq çağırışı ilə ictimai fikri Nazirliyin ideyaları ətrafında səfərbər edərək, ətraf mühitə sivil münasibəti tam formalaşdırmaqdır”.

 

Jurnalistlərin gözündən heç nə qaçmır

Elə ki, parkın ərazisinə yaxınlaşırıq, jurnalistlərdən kimi ştativini qurmağa yer axtarır, kimi də maraqlı suallarını “işə” salır.

Hə, bir də xəritədən söz düşən kimi qartalın dimdiyi deyilən ərazidə olmağın barədə necə həvəslə danışmayasan axı!..

Üstəlik, turistlərin rahatlığı üçün ərazidə rəngli ev var. Dənizə get, gəz sonra gəl ayaqlarının yorğunluğunu çıxar. Öz aramızdı, ilanların əhatəsində belə evin olması çox yaxşı ideyadır.

Qeyd (2): Ötən il parkı  622 nəfər turist ziyarət edib, onlardan 418 - i yerli, qalanları isə xaricilərdir.

 

“Sevilən ilanlar”

Əraziyə səfər zamanı bir də baxırıq ki, qartalın dimdiyi deyilən yerdəyik. Bu arada su ilanları ərazidə yaxşı mənada “at oynadır”.  Həmişə vahiməli təsir bağışlayan ilanlardan bu dəfə qorxmuruq. Hərçənd ki, “ilanın ağına da lənət, qarasına da” deyirlər. Bu ilanlar isə insan həyatı üçün tam zərərsizdir. Su ilanlarıdır. Sanki bizim əraziyə səfər etməyimizə onlar da sevinirdi. Öz dünyalarında sanki rəqs edirdilər. Birinci dəfə idi ki, bu qədər ilanların əhatəsində hər kəs özünü rahat hiss edirdi. Halbuki, ilanların rəsminə belə baxmaqdan qorxmuşuq.

Təbiətlə bir günlük yaratdığımız təmas uzun müddət hafizəmizdən silinməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar