Modern.az

Netanyahu: “İran Yaxın Şərqi fəth etmək istəyir”

Netanyahu: “İran Yaxın Şərqi fəth etmək istəyir”

21 May 2018, 15:21

İran nüvə razılaşmasından əldə etdiyi gəlirlə Yaxın Şərqi fəth etmək istəyir.

 

Modern.az “Fox News” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu kanala müsahibəsində bildirib.

 

ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxmasını tamamilə düzgün addım kimi qiymətləndirib. O bununla ABŞ liderinin bu addımı ilə İranın razılaşmadan milyonlarla gəlir əldə etməsinin qarşısının alındığını bildirib. O İranın bu gəlirlər hesabına digər ölkələri raket zərbələrinə məruz qoyduğunu bildirib.

 

“Yaxın Şərqdə hər kəs bu qərarı təqdir edir. Mən Avropa ölkələrindən yaxud İran raketlərinin hədəfləri olmayan ölkələrdən danışmıram. Mən Qüds, Ər-Riyad və yaxın şərqdə digər ölkələr kimi raketlərin hədəfləri olan ölkələr barədə danışıram” – Netanyahu bildirib.

 

Onun sözlərinə görə bu razılaşmada İrana çox böyük səlahiyyətlər verilib.

“Bu razılaşma qüvvədə qalarsa, İran Nüvə silahı üçün lazımi vəsaitləri əldə etmənin müxtəlif etibarlı yollarını əldə edəcək. Hər kəs bu razılaşmanın İranın nüvə silahı əldə etməyinə əngəl olduğunu düşünür. Amma vəziyyət tamamilə əksinədir. Bu razılaşma İranın nüvə silahı əldə etməsini sığortalayır” İsrail baş naziri vurğulayıb.

 

Onun sözlərinə görə Tramp bununla İrana pul axınının qarşısını alıb ki, bunsuz İran nüvə silahı əldə edə bilməz.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir