Modern.az

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR

FHN kafedəki partlayışla bağlı məlumat yaydı - Yaralıların vəziyyəti ağırdır - ADLAR

21 May 2018, 16:56

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdakı kafedə partlayış baş verməsi barədə məlumat yayıb.

 

FHN-dən Modern.az-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

 

Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun Modern.az-a verdiyi məlumata görə, hər iki xəstənin vəziyyəti ağırdır:

“Bədənlərin 80-90 faizi yanıb. Hadisə barədə danışmaq istəsələr də çətinlik çəkirlər. Səsləri qırıq-qırıq çıxır”.

Baş həkim xəstələrin həyati təhlükələrinin yüksək olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir