Modern.az

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB

ABŞ Çin və Rusiyaya qarşı məxfi plan HAZIRLAYIB

Dünya

21 May 2018, 17:04

ABŞ Rusiya və Çinin onun müşahidəçi, kəşfiyyatçı peyklərini aldatmağa cəhd edən maskalanma proqramlarına qarşı yeni layihə irəli sürüb.

 

Modern.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, yeni layihə bu prosesin necə getdiyini araşdıracaq.

Rusiyanın yeni çıxardığı peykdən quş baxışı üçün adi bir tankı kiçik minik avtomobil kimi maskalamaq proqramı əleyhinə layihə işə salıb. Layihə obyektin eyni məsafədən (25 metr) və bir neçə dərəcədən (+,- 45 dərəcə) şəkillərini çəkir və sonra onları müqayisə edir.

 

Məsələ burasındadır ki, kəşfiyyat peykləri və dronları ərazinin dayanmadan şəkillərini çəkir. Daha sonra bu şəkillər həddən artıq çox olduğu üçün və insanları tərəfindən araşdırılması effektiv olmadığı üçün süni intellekt tərəfindən araşdırılır. Süni intellektin işi şəkillərdə hərbi texnikaları aşkarlamaqdır. Lakin süni intellekt də ən xırda şeylərdə səhvlərə yol verə bilir. Beləliklə düşmən öz hərbi texnikasını mülki texnika kimi maskalayaraq bu yolla süni intellekti aldada bilir.

 

“Effektiv texnologiyalar fərqli bucaqlardan (+,- 45 dərəcə) və məsafələrdən (25 metr) alınan təsvirlərin təsnifatında səhvlərə səbəb olmalıdır” – Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Hələ ki, araşdırmalar düşmənin öz silahlanmasını necə gizlətməsi yönündə aparılır. Burada Pentaqona lazım olan həmçinin öz silahlanmasını düşməndən gizlətmək imkanıdır. Bu yolla ABŞ öz rəqiblərini geridə qoymaq niyyətindədir.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır