16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR
Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib -FOTOLAR +
21.05.2018, 18:23

“Boulevard Hotel”də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan baş prokuror Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verərək, ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyi qeyd olunmaqla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilmişdir.

Baş prokuror ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri və onun etibarlı davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib.

Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub.

Baş prokuror xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətiçilik tarixinin şanlı səhifələrindən olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarının önəmini vurğulayan akademik tariximizin, o cümlədən Cümhuriyyət dövrünün dərindən tədqiq edilməsində AMEA-nın Tarix İnstitutunun Azərbaycan Prokurorluğu orqanları ilə səmərəli əməkdaşlığını xüsusi vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Y.Mahmudov bildirib ki, 1918-1920-ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın müstəqilliyini elan etmiş və 23 aylıq qısa müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanın sonrakı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırıblar.

Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət dövrünün dərindən araşdırılmasını daim diqqət mərkəzində saxladığını vurğulayan akademik diqqətə çatdırıb ki, bu istiqamətdə elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə tərcümə edilir. Tarix İnstitutunun direktoru ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən də Cümhuriyyət dövrünün tədqiqinə daim xüsusi diqqət yetirməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirib.

 

Çıxışından sonra akademik Y.Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı Baş prokurora təqdim edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli sürurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını vurğulayıb. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırıb ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Professor həmin dövrdə ziyalılarımızın azadlıq ideyalarına, demokratik dəyərlərə sadiqliyinin Azərbaycanın həmin dövrdə siyasi elitasının yüksək zəkasının və vətənpərvərliyinin göstəricisi olduğunu bildirib. Cümhuriyyətin ağır ictimai siyasi şəraitdə elan edilməsinə baxmayaraq, mühüm uğurlar əldə etdiyini diqqətə çatdıran M.Qasımlı bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb.

Professor Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb.

Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı hüquqi zəmin yaratmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixinin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başladığını qeyd edən Baş prokurorun müavini, prokurorluq orqanlarının Azərbaycan Xalq Cumhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri daxilində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Konfransa yekun vuran baş prokuror Zakir Qaralov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır.

Əminlik ifadə olunub ki, Azərbaycan Respublikası Prokurorluq orqanları öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi tələblər səviyyəsində qurmaqla, müstəqilliyimizin və suverenliyimizin dönməzliyinin və sarsılmazlığının təmin olunması, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması istiqamətində davam etdirəcəkdir.

Tədbir çərçivəsində Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən nəfis şəkildə hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim edilib.

Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib
16.10.2018, 21:52

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb
16.10.2018, 21:41

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!
16.10.2018, 21:31

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi
16.10.2018, 21:14

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi

4 universitetdə FETÖ əməliyyatı
16.10.2018, 20:57

4 universitetdə FETÖ əməliyyatı

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib
16.10.2018, 20:44

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO
16.10.2018, 18:07

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Prezident büdcədən 15,1 milyon manat ayırdı
16.10.2018, 17:50

Prezident büdcədən 15,1 milyon manat ayırdı

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO
16.10.2018, 17:40

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı   
16.10.2018, 17:34

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı  

Komitə sədrləri Çinə gedirlər
16.10.2018, 17:29

Komitə sədrləri Çinə gedirlər

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16.10.2018, 17:27

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Etimad Əsədov dəfn olundu - FOTOLAR
16.10.2018, 17:20

Etimad Əsədov dəfn olundu - FOTOLAR

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ
16.10.2018, 17:10

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ

Bu günədək 126 min tondan çox pambıq yığılıb
16.10.2018, 17:03

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.10.2018, 17:01

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu
16.10.2018, 16:49

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    
16.10.2018, 16:43

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

169 əcnəbi saxlanıldı 
16.10.2018, 16:40

169 əcnəbi saxlanıldı 

ADU-da konsert keçirilib - FOTO
16.10.2018, 16:34

ADU-da konsert keçirilib - FOTO

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018, 16:27

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

“Formula-1”in biletləri satışa çıxarıldı
16.10.2018, 15:55

“Formula-1”in biletləri satışa çıxarıldı

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü
16.10.2018, 15:49

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16.10.2018, 15:25

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi
16.10.2018, 15:24

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
16.10.2018, 15:23

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı
16.10.2018, 15:16

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı

Füzulidə top mərmisi tapılıb
16.10.2018, 15:15

Füzulidə top mərmisi tapılıb

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI
16.10.2018, 15:02

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”
16.10.2018, 15:01

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16.10.2018, 14:47

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
16.10.2018, 14:44

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16.10.2018, 14:34

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Ermənistanda 3 yeni qubernator təyin olundu
16.10.2018, 14:26

Ermənistanda 3 yeni qubernator təyin olundu

ARXİV