Modern.az

ABŞ İranın qarşısına 12 şərt qoydu

ABŞ İranın qarşısına 12 şərt qoydu

Dünya

21 May 2018, 20:42

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranla yeni sazişin bağlanması üçün 12 şərt irəli sürüb.

 

Modern.az  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

 

Dövlət departamenti rəhbərinin sözlərinə görə, Tehran uranın zənginləşdirilməsi proqramını dayandırlmalı və heç zaman plutoniumun emalı ilə məşğul olmamalıdır.

 

İran eyni zamanda ballistik raketləri regiona yaymasına və raket proqramının davam etdirilməsinə son qoymalıdır. Bundan savayı ABŞ-ın şərtlərinə əsasən, Tehran Yaxın Şərq regionunda terrorçu qruplaşmalara dəstəyi dayandırmalıdır.

 

Pompeo həmçinin bildirdib ki, İran bütün qüvvələrini Suriyadan çıxarmalıdır. Onun sözlərinə görə, ABŞ İranı danışıqlar masasına gətirməkdən ötrü Tehrana misli görülməmiş maliyyə təzyiqi göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi