Modern.az

Dünənki partlayışda yanan şəxslərdən biri də öldü

Dünənki partlayışda yanan şəxslərdən biri də öldü

Aktual

22 May 2018, 10:01

Ötən gün Binədəqədi rayonunda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

 

Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzindən məlumat verilib. 

 
Dünyasını dəyişən şəxs 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğludur.

Hazırda mərkəzdə müalicəsi davam etdirilən digər yaralı 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Baş verən hadisə nəticəsində onun bədəninin 95 faizi yanıb. 

 

Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Hadisə nəticəsində 2 nəfər ölmüş, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı