“Yaz imtahanlarında başqasının yerinə imtahan verməyə cəhd edənlər, imtahan zalına mobil telefonla daxil olmaq istəyənlər, ümumilikdə imtahan qaydalarını pozanlar yay imtahanlarına buraxılmayacaq”.
Modern.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O, abituriyentləri nizam-intizam qaydalarına əməl etməyə çağırıb.
“Təəssüf ki, abituriyentlər arasında imtahanlara məsuliyyətsiz yanaşanlar var. Nizam-intizama riayət etmək lazımdır. Bunlar vacib məsələlərdir”.
Qeyd edək ki, həm 13 may, həm də 20 may tarixində keçirlmiş qəbul imtahanlarında xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirmiş, imtahanın gedişi zamanı köçürməyə cəhd etmiş, imtahan qaydalarına zidd hərəkətlərə yol vermişdilər. Həmin abituriyentlər imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdi.