Modern.az

Ebola virusu qayıtdı – 28 ölü

Ebola virusu qayıtdı – 28 ölü

Aktual

22 May 2018, 16:48

Afrikanın Demokratik Konqo Respublikasında ebola virusuna yaxalananların sayının artdığı bildirilir.

 

Modern.az “actualite.cd” portalına istinadən xəbər verir ki, səhiyyə nazirliyində bu virusa yoluxanların təsdiq olunmuş sayı 28-ə çatıb.

 

Respublikanın İboko şəhərində yeddi yeni yoluxma hadisəsi qeydə alınıb. Ümumiyyətlə ölkə ərazisində bu virusa 51 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 28-i klinik cəhətdən təsdiqlənib. Qalan 21-i mümkün görünür, ikisinin isə virus şübhəsi var.

 

Vanqata şəhərində isə virusdan həyatını itirmə hadisəsi qeydə alınıb.

Virusun hazırki mərhələsinin qeydə alındığı tarix mayın 8-dən başlayır.

 

Qeyd edək ki, ebola Konqo respublikasına endemik (əraziyə xas olan) virus sayılır. Hazırki qeydə alınmış mərhələ 1976-cı ildən bəri 9-cu mərhələ sayılır.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır