Modern.az

“Çempion” filminin təqdimatı olacaq

“Çempion” filminin təqdimatı olacaq

22 May 2018, 17:04

24 mayda, saat 19:00-da Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq.

Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film Azərbaycan Sambo Federasiyasının prezidenti, sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuşdur.

Filmin rejissoru Zamin Məmmədov, operatoru Tariverdi Tariverdiyev, musiqi tərtibatçısı İsmayıl Dadaşov, icraçı prodüseri İlqar Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!