Modern.az

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib

Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib

Aktual

22 May 2018, 17:46

Azərbaycan Kooperasiya Universitetində Elmi şuranın iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Universitetin mətbuat xidmətinin məlumatına görə, 22 may 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq, dövlət attestasiyasının təşkili və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilib. İlkin olaraq, şuraya sədrlik edən universitetin rektoru, millət vəkili, professor Eldar Quliyev çıxış edib.

Rektor görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini qeyd etdiyimiz bu tarixi günlər haqda danışıb. 

E. Quliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində təhsil alan tələbələrin son bir neçə ayda əldə etdikləri uğurlara toxunaraq deyib:

“Bu gün universitetimizdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir”.

 

Sonra 2017/2018-ci dərs ilində dövlət attestasiyası və yaz imtahan sessiyasına hazırlıq, eyni zamanda buraxılış kurslarında diplomqabağı təcrübənin gedişi barəsində universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev məruzə ilə çıxış edib. Məruzədən sonra universitetin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov Azərbaycan Kooperasiya Universitetinin və Təhsil Nazirliyinin, İqtisadçılar İttifaqının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun 2018-ci il tarixində keçiriləcək Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransa hazırlıq barəsində məruzə ilə çıxış edib.
Tələbə Elmi cəmiyyətinin fəaliyyəti barəsində cəmiyyətin sədri Elvin Hüseynovun çıxışı ilə universitetin Elmi şurasının iclası yekunlaşıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!