Modern.az

Deputat haqqında yazılanlara cavab VERDİ

Deputat haqqında yazılanlara cavab VERDİ

22 May 2018, 20:13

Milli Məclisin deputatı Cavanşir Feyziyev son günlər bir sıra internet informasiya saytlarında onun adının “Avromed” QSC ilə əlaqəli hallanmasına və bu xüsusda yayılmış bəzi fikirlrlə bağlı Modern.az-a danışıb.

 

O deyib ki, Milli Məclisin üzvü kimi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dərman qaçaqmalçılığına qarşı mübarizə tədbirləri aparılır. Bu barədə ölkənin çoxsaylı mətbuat orqanlarında, o cümlədən internet informasiya resurslarında xəbərlər yayımlanır:

 

“Lakin həqiqətə uyğun olmayan, hüquq-mühafizə orqanları tərəfindən yayımlanan rəsmi məlumatlardan tamamilə fərqlənən fikirlər də diqqət çəkməkdədir. Bu baxımdan adımın “Avromed” QSC ilə bağlılığı barədə də qərəzli materiallara rast gəlinməkdədir.

 

Bəyan edirəm ki, mənim “Avromed” QSC ilə heç bir əlaqəm yoxdur. Ümumən bu mövzuda yayımlanmış materialları şəxsimə qarşı böhtan, qərəz kimi qiymətləndirirəm. Ayrıca bir sıra saytların mənə qarşı bir növ, məqsədli mənəvi terror həyata keçirmələrindən təəssüf hissi keçirirəm.

 

Bildirirəm ki, belə hallar həm ölkə qanunvericiliyinin tələblərinə, həm jurnalistlərin peşə davranışı qaydalarına, həm də elementar əxlaq normalarına ziddir. Bu cür xoşagəlməz fəaliyyətə üstünlük verənlərə tutduqları yanlış yoldan dönməyi tövsiyə edirəm. İstəməzdim ki, məsələ hüquqi müstəviyə çıxarılsın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu